Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşkəsəndə vətəndaş qəbulu keçirib
Komitə sədri bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı hüquqi tələblər izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə müvafiq quruma göndəriləcəyi bildirilib.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib. Onların müraciətlərinə baxılıb və həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş qəbulunun keçirilmə tarixi və yeri barədə öncədən komitə saytında və mətbuatda məlumat verilib.