17 mart 2015-ci il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərinin siyahısı

 

 

Obyektin adı Ünvanı Sifarişçi təşkilatın adı Torpaq
sahəsi
(ha)
Start (satış) qiyməti
(100%)
(manat)
10% beh
(manat)
1 Tikintisi yarımçıq qalmış Qonaq evi Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 127 Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi 0.29 4934 493
2 Tikintisi yarımçıq qalmış 100 yerlik sanatoriya və profilaktoriya Göygöl rayonu, Mixaylovka kəndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  2.97 155292 15529

 

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərraclarıın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və icarəyə verilməsi şöbəsindən almaq olar.