03 dekabr 2014-cü il tarixdə saat 11:00-da Bakı şəhərində hərrac vasitəsilə satılması nəzərdə tutulan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi

 

 

Obyektin adı Ünvanı Mülkiyyət hüququnun təsdiq edilməsinə
 dair sənədinin №-si və tarixi
Torpaq sahəsi
(kv.m)
Torpaq sahəsinin satış qiyməti (manatla)
1 Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 31 Qiymətli Kağız Sahiblərinin Reyestrindən Çıxarış
№ AZ1001008031; 11.08.14
1322.54 38618.0

 

Qeyd: Hərrac Bakı şəhərində Hərracların Təşkili üzrə Auksion Mərkəzində hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin 0132010004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.