Açıq səhmdar cəmiyyətinin səhmlərinin əmək kollektivinə

güzəştli satışının keçirilməsi haqqında

E L A N

Səhmdar cəmiyyətinin adı

Özəlləşdirməyə qədər müəssisənin tabeçiliyi və adı

Hüquqi ünvanı

Nizamnamə kapitalının həcmi

(manat)

 

 

Buraxılmış səhmlərin ümumi sayı

(ədəd)

Güzəştli satışa çıxarılmış səhmlərin sayı (ədəd)

Bir səhmin nominal qiyməti (manat)

 

1

Şahdağ Mehmanxana

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan “Şahdağ” mehmanxanasının əmlakının bazasında

Quba şəhəri, Y.Qasımov küçəsi, 66

91166,00

45583

6837

2,00

 

2

8-ci km Ticarət Mərkəzi

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan “Ticarət Mərkəzi-4” Məhdud Məsuliyyətli Cəmiyyəti

Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 38 K

1031082,00

515541

77331

2,00

 

 

Qeyd:

Siyahıda adları göstərilən səhmdar cəmiyyətlərin özəlləşdirmə komissiyası əmək kollektivinə güzəştli satışın başlandığını elan edir.

Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:

-          əsas iş yeri həmin müəssisə sayılan işçilər;

-          Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;

-          özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;

-          1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 13 oktyabr - 05 noyabr 2014-cüiltarixinə kimi qəbul edilir.

Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 2014-cüilin noyabr ayının 06 –damüəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.

Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.