Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Lənkəranda və Cəlilabadda vətəndaş qəbulu keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov oktyabrın 22-də qurumun Lənkəran Ərazi İdarəsində (ünvan: Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 211) Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşları, oktyabrın 23-də Cəlilabad Ərazi İdarəsində (ünvan: Cəlilabad şəhəri, Azərbaycan küçəsi 60), Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər oktyabrın 21-dək 050 211 12 53 və 070 422 44 88 telefon nömrələri ilə və ya 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: 050 369-20-43, elektron poçt ünvanı: dedkr.10sayli@emlak.gov.az) və oktyabrın 22-dək 8 saylı Cəlilabad Ərazi İdarəsinə (telefon: (02524) 55476, elektron poçt ünvanı: dedkr.8sayli@emlak.gov.az) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
