İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov oktyabrın 16-da qurumun Xaçmaz Ərazi İdarəsinin “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 2E) Quba, Qusar, Şabran və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər oktyabrın 15-dək 050 211 12 53 və 070 422 44 88 telefon nömrələri ilə və ya qurumun 5 saylı Xaçmaz Ərazi İdarəsinə (telefon: 055 410 55 35, elektron poçt ünvanı: dedkr.5sayli@emlak.gov.az) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.