İntellektual yarışmanın qalibləri ilə görüş keçirilib

Əmlak Məsələləri Dövlət Xidmətində insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışmanın qalibləri ilə görüş olub. Xidmətin rəis müavini Hüseyn Əliyev bilik yarışmasında yüksək nəticə göstərən iştirakçıları təbrik edib. Əməkdaşların yarış zamanı nümayiş etdirdikləri analitik düşüncə, bilik səviyyəsi, geniş dünyagörüşü və komanda ruhu yüksək qiymətləndirilib.

Görüşdə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, Azərbaycanın memarlıq və şəhərsalma irsinin qorunması və gələcək nəsillərə ötürülməsi, müasir və dayanıqlı şəhərsalma yanaşmalarının təşviqinin önəmi vurğulanıb. 

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Xidmətində kadr potensialının davamlı inkişafı, əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, analitik düşüncə, təşəbbüskarlıq və komanda işi kimi kompetensiyaların gücləndirilməsi təşkilatın institusional inkişafında mühüm rol oynayır. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilmiş intellektual yarışmanın ömürboyu öyrənməni stimullaşdırmaqla yanaşı, əməkdaşların peşəkar və şəxsi inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. 

Qaliblər yarışma ilə bağlı təəssüratlarını bölüşərək bu cür təşəbbüslərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib, peşəkar inkişafla bağlı təkliflərini səsləndiriblər.