Növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 29-da keçirilən hərracda 26 nəqliyyat vasitəsi satılıb.
Hərracda start qiyməti 11.700 manat olan “Toyota Corolla” markalı avtomobil 14.500 manata, ilkin qiyməti 12.300 manat olan “Hyundai Equus” markalı nəqliyyat vasitəsi 14.123 manata manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 6, 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
