İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin struktur bölmələrinin və tabeliyindəki qurumlarının əməkdaşları arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş intellektual yarışma keçirilib. Məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın təbliğidir.
Yarışmada 28 komanda olmaqla, 168 nəfər iştirak edib. İntellektual yarışma 7 turdan ibarət olub (6 tur əsas, 1 tur final). Final turunun sonunda ən çox xal qazanan 3 komanda qalib seçilib. Qaliblər pul mükafatı, sertifikat, kubok və medallarla təltif edilib.