İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 1-də keçirilən hərracda 28 nəqliyyat vasitəsi satılıb.

Rəqabətli keçən hərracda start qiyməti 12.000 manat olan “BMW 520I” markalı avtomobil 33.500 manata, ilkin qiyməti 9.000 manat olan “BMW 740LI” markalı nəqliyyat vasitəsi 26.000 manata, ilkin qiyməti 6.000 manat olan “Toyota Camry” markalı avtomobil isə 15.600 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.