İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 4-də keçirilən hərracda 9 nəqliyyat vasitəsi satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti nəqliyyat hərracları 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 133 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.