Hərracda 54 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 28-də keçirilən hərracda 54 nəqliyyat vasitəsi satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, növbəti nəqliyyat hərracları 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir. 4 avqust tarixli hərracda start qiyməti 172.500 manat olan “Point Brower D” markalı gəmi də təklif olunur.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
