27 avqust 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılan “Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan əmlakların siyahısı
| Sıra sayı | Əmlakın tərkibi | Metallar üzrə çəki (ton) | 1 ton metal üzrə başlanğıc qiymət (manat) | Hərracın başlanğıc məbləği (manat) | Beh məbləği (manat) | |
| Lot 1 | Qara metal tullantıları | 600.465 | 320 | 267288,8 | 26728,88 | |
| Əlvan metal tullantıları (Mis) | 5,62 | 12000 | ||||
| Əlvan metal tullantıları (Alüminium) | 3,85 | 2000 | ||||
| Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir. | ||||||
| Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər: - Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; - Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti; - Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir; - Aşağıdakı hesaba 10% behin və iştirak haqqının köçürülməsini təsdiq edən sənədin surəti; | ||||||
| Müştəri adı : "HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ" PHŞ VÖEN : 1505677031 Hesab nömrəsi : AZ23AZRT38090049440265368001 Alanın bankı : Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi Ünvan : Bakı şəhəri, C.Məmmədquluzadə küç.85 192/193 Bankın kodu : 507699 VÖEN : 9900006111 Müxbir hesab : AZ02NABZ01350100000000022944 SWIFT kod : AZRTAZ22XXX | ||||||
| Qeyd 1: Hərrac predmetləri (əmlaklar) satıcının Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 1 ünvanında yerləşən inzibati ərazisində yerləşir və elanın dərc olunduğu gündən etibarən 15 gün ərzində potensial hərrac iştirakçılarına satıcıya 3 iş günü qabaqcadan məlumat vermək şərti ilə qeyd olunan ünvanda əyani tanış olmaq imkanı yaradılır. | ||||||
| Əlaqəli şəxs - Telman Xudiyev: 012-460-02-02; daxili 1101 "Daşkəsən Dəmir Filiz" MMC: 012-460-02-02; daxili 1111 "Hərracların Təşkili Mərkəzi" PHŞ: 012-311-01-60; daxili 1719 Email: info@ddf.az | ||||||
| Qeyd 2: - Hərracın qalibi fəaliyyət növünə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan bütün lisenziya, icazə, sertifikat və digər hüquqverici sənədlərə malik olmalıdır. - Hərracın qalibi tərəfindən işlərin icrası Azərbaycan Respublikasında qüvvədə olan SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) qayda və normalarına tam riayət edilməklə həyata keçirilməlidir. - Hərracın qalibi qeyd olunan tərkib üzrə əmlakların Daşkəsən şəhəri, İ. Qayıbov küçəsi 1 ünvanında yerləşən inzibati ərazisində - sökülməsi, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənib satıcının tərəzisi vasitəsilə çəkilməsi və sonrakı daşınma və boşaldılmasını öz qüvvə və vəsaiti hesabına həyata keçirir. - Hərracın qalibi müqavilə üzrə öhdəliklərinin icrası məqsədilə üçüncü tərəf podratçı və ya subpodratçını yuxarıda qeyd olunan eyni şərtlərin tələblərinə cavab verdiyi təqdirdə və satıcıya əvvəlcədən yazılı məlumatı təqdim etməklə cəlb edə bilər. | ||||||
| Qeyd 3: Çəki 609,935 tondan artıq olduğu halda, tərkib üzrə hər 1 ton metal üçün qiymət, hərracın qalib məbləğinin başlanğıc məbləğinə nisbətindən yaranan artım əmsalı tətbiq edilməklə hesablanacaqdır. Nümunə: 1 ton x metalı üzrə başlanğıc qiymət: 150 AZN Hərracın başlanğıc məbləği: 10000 AZN Hərracın qalib məbləği: 16420 AZN Artım əmsalı: 16420 / 10000 = 1.642 Qeyd olunan çəkidən artıq hər 1 ton x metalı üzrə qiymət: 150 * 1.642 = 246.3 AZN Təklif olunan məbləğ əsasında tərkib üzrə hər 1 ton üçün metalın qiymətinin hesablanması üçün kalkulyator.xlsx faylını yükləyə bilərsiniz. Əmlakların siyahısı ilə 72 ədəd avadanlıq.xlsx faylını yükləyərək tanış ola bilərsiniz. | ||||||
