Bu ilin yanvar-iyun ayları ərzində 174 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 173.738 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Qeydiyyata alınan mülkiyyət hüququnun 32.940-ı (19%) ilkin, 140.798-i (81%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2026-cı ilin ilk altı ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.345, mənzil – 44.139, torpaq sahəsi – 85.454, qeyri-yaşayış binası – 1.592, qeyri-yaşayış sahəsi – 4.840, əmlak kompleksi – 314 və çoxmərtəbəli yaşayış binaları üzərində – 54 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 50.124-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
2026-cı ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak obyektləri üzrə 122.017 texniki pasport tərtib edilib, 30.545 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə, əmlak əməliyyatlarının hüquqi etibarlılığının təmin olunmasına və daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına xidmət edir.
