Xaçmazda vətəndaş qəbulu keçiriləcək
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev 17.07.2026-cı il tarixində Xaçmaz şəhərində 5 saylı Xaçmaz Ərazi İdarəsinin “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti 2E) vətəndaşları qəbul edəcək. Qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar və Şabran rayonlarının sakinləri də iştirak edə bilərlər.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, hərraclarda iştirak, ünvan məsələləri və digər aidiyyəti fəaliyyət sahələri ilə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün əlaqə vasitələri:
Tel: +99412 311 01 60 (daxili 1440)
(watsapp: +994515465887)
elektron poçt ünvanı: ssalifov@emlak.gov.az
AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev pr., 139
Samir Salıfov
Əmlak Məsələləri Dövlət Xidmətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzrə:
Tel: 0554105535
elektron poçt ünvanı: dedkr.5sayli@emlak.gov.az
