İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 144.339 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 27.465-i (19 %) ilkin, 116.874-ü (81 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin yanvar-may ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 30.937, mənzil – 36.418, torpaq sahəsi – 71.355, qeyri-yaşayış binası – 1.312, qeyri-yaşayış sahəsi – 4.019, əmlak kompleksi – 255 və çoxmərtəbəli yaşayış binaları üzərində – 43 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 41.242-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür. 

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-may ayları ərzində 101.266 texniki pasport tərtib edilib, 25.075 ipoteka müqaviləsi qeydiyyata alınıb.