Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyunun 19-da Şəmkir şəhərində Şəmkir Gənclər Evinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 60) Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 11 saylı Şəmkir Ərazi İdarəsinə (telefonlar: 051-474-80-10, (012) 510-84-12 və ya elektron poçt ünvanı: dedkr.11sayli@emlak.gov.az), 15 saylı Tovuz Ərazi İdarəsi üzrə isə (telefon: 055-223-14-29, dedkr.15sayli@emlak.gov.az) iyunun 18-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
