İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 19-da keçirilən hərracda 35 nəqliyyat vasitəsi satılıb.

Rəqabətli keçən hərracda start qiyməti 2.500 manat olan “KAMAZ 43101” markalı yük avtomobili 28.000 manata, 13.500 manat olan “Mercedes Benz 516” markalı mikroavtobus isə  45.000 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, cari ay üzrə növbəti hərrac 26 may tarixində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.