Hərracda 1 yarımçıq tikili, 2 kiçik dövlət müəssisəsi və 37 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 21-də keçirilən hərracda 1 yarımçıq tikili, 2 kiçik dövlət müəssisəsi və 37 nəqliyyat vasitəsi satılıb.
Rəqabətli keçən hərracda start qiyməti 166.300 manat olan, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən kafe 250.000 manata özəlləşdirilib. Daha bir kiçik dövlət müəssisəsi - Şəki rayonu, Qızılarx kəndində yerləşən əmlak kompleksi isə 180.000 manata sahibini tapıb. Həmçinin, Sumqayıt şəhərində yerləşən tikintisi yarımçıq qalmış yaşayış kompleksinin 14.870.000 manata satışı reallaşıb.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, cari ay üzrə növbəti hərrac 28 aprel tarixində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.
