İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 79.921 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 14.256-sı (17,8 %) ilkin, 65.665-i (82,2 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2026-cı ilin yanvar-mart ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 17.029, mənzil – 19.063, torpaq sahəsi – 40.894, qeyri-yaşayış binası – 753, qeyri-yaşayış sahəsi – 2.029, əmlak kompleksi – 125 və çoxmərtəbəli yaşayış binaları üzərində – 28 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20.540-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.  

Texniki pasport və ipoteka müqavilələrinin sayı 

Bu ilin yanvar-mart ayları ərzində 56.272 texniki pasport tərtib edilib, 13.548 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Qeyd edək ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən göstərilən ümumi xidmətlər üzrə cari ilin birinci rübü ərzində 800 minə yaxın müraciət olunub, bunun 450 minə yaxınını elektron xidmətlər təşkil edib.