Qeyri-yaşayış binalarının icarəyə verilməsi üzrə keçirilmiş müsabiqənin nəticəsi barədə məlumat
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi, Bərdə rayonu, Qaradağlı kəndi və Xocavənd rayonu, Hadrut qəsəbəsi ünvanlarında yerləşən qeyri-yaşayış binalarının (daşınmaz dövlət əmlakı obyektlərinin) müsabiqə vasitəsilə icarəyə verilməsi üzrə 2026-cı il 10 və 12 mart tarixlərində müsabiqələrin keçirilməsi barədə elan verilmişdir.
Göstərilən ünvanlarda yerləşən qeyri - yaşayış binaları ilə bağlı müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 16.12.2020-сi il tarixli 135 nömrəli əmrinə əsasən yaradılmış Müsabiqə Komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.
Müsabiqəyə çıxarılmış həmin obyeklərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının və balalanssaxlayıcı təşkilatın nümayəndəsinin iştirakı ilə Müsabiqə Komissiyası tərəfindən 2026-cı il 10 və 12 mart tarixlərində Sumqayıt, Bərdə və Xankəndi şəhərlərində müsabiqələr keçirilmişdir.
Həmin qeyri-yaşayış binaları üzrə keçirilmiş müsabiqələrdə iştirakçıların ayrı-ayrılıqda təqdim etdikləri təkliflərə baxıldıqdan sonra Müsabiqə komissiyası tərəfindən açıq səsvermə yolu ilə qərar qəbul edilmiş və
Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən obyektlə bağlı keçirilən müsabiqənin qalibi Adıgözəlov Firuz Bəhruz oğlu;
Bərdə rayonu, Qaradağlı kəndi ünvanında yerləşən obyektlə bağlı keçirilən müsabiqənin qalibi Fərzəliyeva Gülcahan Abdulla qızı;
Xocavənd rayonu, Hadrut qəsəbəsi ünvanında yerləşən obyektlə bağlı keçirilən müsabiqənin qalibi Babaşov Comərd Valeh oğlu müəyyən edilmişlər.
Müsabiqə qalibləri ilə ayrı-ayrılıqda Əmlak Məsələləri Dövlət Xidməti arasında müsabiqəyə çıxarılan qeyri-yaşayış binalarının icarəyə verilməsi barədə icarə müqavilələrinin bağlanılması təmin olunmuşdur.
