Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Gəncədə vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 10-da Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi) Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 3 saylı Gəncə Ərazi İdarəsinə (telefonlar: 055-691-05-77, (022) 2650869 və ya elektron poçt ünvanı: dedkr.3sayli@emlak.gov.az) aprelin 9-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
