21 aprel 2026-cı il tarixdə saat 10:00-da Sumqayıt şəhərində hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektin siyahısı
| № | Obyektin adı | Ünvanı | Sifarişçi təşkilatın adı | Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti (manat) |
10% beh (manat) |
| 1 | 1242 mənzildən ibarət yaşayış kompleksinin yarımçıq tikilisi | Sumqayıt şəhəri, Xovlu İplik Fabrikinin cənub hissəsi | AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | 30000.0 | 13370000 | 1500000 | 14870000 | 1487000 |
| Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN). 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş. 3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin binası) hərrac komissiyası tərəfindən keçiriləcəkdir. Əlaqə telefonu: (kod 01865) 4-47-97 Hərracların keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar. |
