Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Xocavənd şəhərində yerləşən “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin balansında olan 1272,3 kv.m.qeyri-yaşayış binasının (daşınmaz dövlət əmlakı obyektinin) icarəyə verilməsi üzrə müsabiqənin keçirilməsi barədə elan verilmişdir.

Göstərilən qeyri - yaşayış binası ilə bağlı müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin 16.12.2020-сi il tarixli 135 nömrəli əmrinə əsasən yaradılmış Müsabiqə Komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.

Müsabiqəyə çıxarılmış həmin obyektin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının və balalanssaxlayıcı təşkilatın nümayəndəsinin iştirakı ilə Müsabiqə Komissiyası tərəfindən 2026-cı il 12 fevral tarixində Xankəndi şəhərində müsabiqə keçirilmişdir.

Müsabiqə komissiyası iştirakçıların ayrı-ayrılıqda təqdim etdikləri təkliflərə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmiş və müsabiqənin qalibi Hüseynli İbad Mösüm oğlu elan edilmişdir.

Müsabiqə qalibi ilə həmin qeyri-yaşayış binasının icarəyə verilməsi barədə icarə müqaviləsinin bağlanılması təmin olunmuşdur.