“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Qaradağ Şüşə zavodu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 100 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

 1. Səhmdar cəmiyyəti haqqında məlumat
(01 mart 2026-cı il tarixinə)
 

Hüquqi ünvanı:                                                        Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8

 

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü:            şüşə tara (müxtəlif həcmdə butulka, banka və s.) istehsalı

 

Nizamnamə kapitalı:                                                35 950 630 (otuz beş milyon doqquz yüz əlli min altı yüz otuz) manat

 

Buraxılmış səhmlərin sayı:                                       17 975 315 (on yeddi milyon doqquz yüz yetmiş beş min üç yüz on beş) ədəd

 

Buraxılmış səhmlərin növü:                                      adi, sənədsiz adlı

 

Bir səhmin nominal dəyəri:                                      2 (iki) manat

 

İnvestisiya müsabiqəsində satışa                            17 975 315 (on yeddi milyon doqquz yüz yetmiş beş 

çıxarılan səhmlərin sayı:                                          min üç yüz on beş) ədəd

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan            35 950 630 (otuz beş milyon doqquz yüz əlli min altı   

səhmlərin ümumi nominal dəyəri:                           yüz otuz) manat

 

Özəlləşdirilən tikili və torpaq sahəsinin                 səhmdar cəmiyyətinin Özəlləşdirmə planında

xarakteristikası:                                                      (Emissiya prospektində) göstərilmişdir

 

Səhmdar cəmiyyətinin digər                                   yoxdur

müəssisələrdə iştirak payı:                                    

 

Qeyri-maddi aktivlər:                                              yoxdur

 

İstismara verildiyi il:                                              2008-ci il

 

Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti:                qənaətbəxş

 

İşçilərin sayı:                                                           8 nəfər

 

Səhmdar cəmiyyətinin öhdəlikləri cəmi:                 3 929 120 (üç milyon doqquz yüz iyirmi doqquz min yüz iyirmi) manat 

o cümlədən,                                                                

 

- dövlət büdcəsinə                                                     441 853 (dörd yüz qırx bir min səkkiz yüz əlli üç) manat

 

- DSMF, İTSF, İSF                                                      817 186 (səkkiz yüz on yeddi min yüz səksən altı) manat

 

- əmək haqqı və ona bərabər tutulan                       

borclar üzrə                                                             67 913 (altmış yeddi min doqquz yüz on üç) manat

 

- mal, iş və xidmətlərə görə dövlət                           

müəssisələrinə olan borclar üzrə                                1 269 882 (bir milyon iki yüz altmış doqquz min səkkiz yüz səksən iki) manat

 

- bank kreditləri                                                       21 265 (iyirmi bir min iki yüz altmış beş) manat

 

- sair borclar                                                            1 311 021 (bir milyon üç yüz on bir min iyirmi bir) manat

 

Debitor borcları:                                                    183 380 (iki yüz otuz dörd min doqquz yüz yetmiş yeddi) manat

 2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

 2.1 Müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 10 000 000 (on milyon) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1. mövcud tikili və qurğuların bərpası və yenidənqurulmasına dair təkliflər;

2.1.2. mövcud avadanlıq və texnologiyaların təmiri və yenilənməsi, habelə yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;

2.1.3. istehsal olunan məhsulun çeşidi və keyfiyyətinin artırılmasına dair təkliflər;

2.1.4. 
müəssisənin satış həcminin və ixrac potensialının artırılmasına dair təkliflər;

2.1.5. infrastruktur təminatının təkmilləşdirilməsinə dair təkliflər;

2.1.6. iş yerlərinin yaradılması (200-dən az olmayaraq) və sosial tədbirlərə dair təkliflər;

2.1.7. səhmdar cəmiyyətində korporativ idarəetmə metodlarının tətbiqi yolu ilə idarəçiliyin təkmilləşdirilməsi və onun səmərəliliyinin artırılmasına dair təkliflər;

2.1.8. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2. Təklif olunan İnvestisiya Proqramında avadanlıqların yenilənməsi və təmirinə, habelə təmir-tikinti və yenidənqurma-bərpa işlərinə yatırılacaq investisiyaların xüsusi çəkisi ümumi investisiyaların 65%-dən az olmamalıdır.

2.3. Səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 18 000 000 (on səkkiz milyon) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).

 

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

 

Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 2 000 000 (iki milyon) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası, zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.3-cü bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

            - nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

            - iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

            - təsis müqaviləsi və VÖEN-in digər hüquqi rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;

            - müəssisənin fəaliyyətini əks etdirən məlumat;

            - Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;     

            - təqdim edilən sənədlərin siyahısı.

            İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

            - şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

            - iddiaçı haqqında məlumat;

            - sahibkarlıq fəaliyyəti haqqında məlumat və VÖEN;

            - Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;     

            - təqdim edilən sənədlərin siyahısı.

            Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

            - İnvestisiya Proqramı;

            - dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

            Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

 

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.

 

4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- təklif etdiyi pul vəsaitinin müqavilədə razılaşdırılacaq müddətdə dövlət büdcəsinə köçürülməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının tənzimlənməsini;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 7.139 (yedidi min yüz otuz doqquz) manat məbləğində vəsaitin (ƏDV daxil olmaqla) ödənilməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 200-dən az olmayaraq, iş yerlərinin yaradılmasını;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

 

       4.2. İddiaçılar səhmdar cəmiyyəti ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı (Emissiya prospekti) daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 14 aprel 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1210. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1298), elektron ünvan: office@emlak.gov.az.

       4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 15 aprel 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.

       4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 16 aprel 2026-cı il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.