İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 17-də keçirilən hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi və 182 nəqliyyat vasitəsi satılıb.
 
Hərracda "İsmayıllı Sənaye İstehsal" ASC-nin 44,8 faizlik səhm paketi özəlləşdirilib. 
 
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
 
Dövlət əmlakı üzrə növbəti hərrac 3, 10 və 17 mart tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.