“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti aşağıda göstərilən qeyri-yaşayış sahəsinin (obyektin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

 

  1. Müsabiqəyə çıxarılan qeyri-yaşayış sahələri (obyektləri) haqqında məlumat

(09.02.2026-cı il tarixinə)

Ünvan

Sahə

kv.m.

Balansaxlayıcısı

Obyektin

xarakteristikası

Obyektin fəaliyyət növü

Obyektin vəziyyəti

Aylıq start icarə haqqı məbləği

(manat)

Ödəniləcək behin məbləği

(manat)

1

Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi

11,2

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

40,0

4,0

2

Qusar rayonu, Gündüzqələ kəndi

16,8

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

34,0

3,4

3

Sabirabad rayonu, Əsgərbəyli kəndi

31,5

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

64,0

6,4

4

Sabirabad rayonu, Güdəcühür kəndi

65,6

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

130,0

13,0

5

Ucar rayonu, Xələc kəndi

15,3

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

30,0

3,0

6

Bərdə rayonu, Qaradağlı kəndi

34,3

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi

1 mərtəbəli tikili

xidmət

istifadəyə tam yararlı

100,0

10,0

 

 

7

Xocavənd rayonu, Hadrut qəsəbəsi

40,8

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 

1 mərtəbəli tikili 

xidmət

istifadəyə tam yararlı

 61,2

6,12

 

 

 

 

 

 

 

  1. Sifarişçilər qarşısında qoyulan şərt tələblər

 

  • İcarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək.
  • İcarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması.
  • Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi.
  • İcarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünün qorunub saxlanılması.
  • Dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə).

 

  1. Sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə).

3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN 2000015631) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53 NABZ 0136 0150 0000 0000 3944 saylı hesabına (kod 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) hesabına müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan behin köçürülməsini təsdiq edən qəbz. (Müsabiqənin qalibi tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır)

3.3. Sifarişçi hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı  sənədlər təqdim edilir:

  • reyestrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surəti;
  • təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

       Sifarişçi fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər  təqdim edilir:

  • şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
  • sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

3.4 Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir

3.5 Aşağıdakı sənədlər sifarişçilər (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca bağlı zərfdə (zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir) təqdim edilir:

  • dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair müsabiqə təklifi.

Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 (iyirmi) gün müddətində icarə müqaviləsinin imzalanmasını.

4.1.2. İcarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürülməsini.

4.1.3. Müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini.

 

  1. Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası

 

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək, müsabiqəyə çıxarılan obyektlə tanış olmaq, sifariş(ərizə) və təkliflərinin verilməsi üçün 06.03.2026-cı il tarixinədək iş günləri saat 900-dan 1800-dək aşağıdakı ünvana müraciət edə bilərlər:

Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin inzibati  binası, tel.: (tel. (1865) 5-38-80).

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon, Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 10.03.2026-cı  il tarixində, saat 1000-da başlayacaqdır. B

Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi, 10, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin inzibati  binası, tel.: (tel. (2332) 5-33-55).

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Qusar rayonu, Gündüzqələ kəndi ünvanında yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 10.03.2026-cı il tarixində, saat 1400-da başlayacaqdır. B  

Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi  14, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin yerləşdiyi bina, tel.: (2121) 5-27-98.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Sabirabad rayonu, Güdəcühür və Əsgərbəyli kəndlərində  yerləşən obyektlər üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 11.03.2026-cı  il tarixində, saat 1100-da başlayacaqdır. B

Ucar şəhəri, H.Əliyev prospekti, 28, Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsinin inzibati  binası, tel.: tel. (2021) 3-36-77).

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Ucar rayonu, Xələc kəndi ünvanında yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 11.03.2026-cı  il tarixində, saat 1400-da başlayacaqdır. B

Bərdə şəhəri, Heydər Əliyev prospekti, 357 A, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin yerləşdiyi bina, tel.: (2020) 5-27-77.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 12.03.2026-cı  il tarixində, saat 1000-da başlayacaqdır. B

Xankəndi şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 199, Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ ərazi şöbəsinin inzibati  binası, tel.: tel. (2622) 5-04-03).

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Xocavənd rayonu, Hadrut qəsəbəsində yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 12.03.2026-cı  il tarixində, saat 1400-da başlayacaqdır.