Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Roza-çörək” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,00 faiz hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdir. İddiaçılar qarşısında qoyulan maliyyə-iqtisadi şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi olmuşdur.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusunu əldə etmişdir.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 21-22 yanvar 2014-cü il tarixlərində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, Məmmədov Yengibar Nüsrət oğlu “Roza-çörək” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,00 faiz hissəsinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, müsabiqə qalibi 25 000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 aylıq mərhələlər üzrə 1 ilərzində 230 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiyalartəmir-bərpa və yenidənqurma işlərinin aparılması, müəssisədə həmçinin sərinləşdirici içkilər istehsalı sahəsinin yaradılması və onun müvafiq avadanlıqlarla təchiz edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövriyyə vəsaitlərinin (un, maya, duz, arpa, çəllək, butulka və s.) alınması, eləcə də abadlıq-quruculuq işlərinə sərf ediləcəkdir.
İnvestisiya Proqramına əsasən, investisiya fəaliyyəti dövründə 10 yeni iş yerinin açılması da nəzərdə tutulmuşdur.