Şahbazov Rüstəm Adıgözəl oğlu
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini
1963-cü il 29 iyun tarixində anadan olmuşdur.
1989-cu ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1992-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda aspirantura təhsili almışdır.
Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.