Hüseyn Abbas oğlu Əliyev
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini
1971-ci ildə Bakıda anadan olmuşdur.
1993-cü ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1994 - 2013 - Beynəlxalq və yerli şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır.
2013 - 2018 - Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Məktəbdənkənar təhsil şöbəsinin müdiri və təhsil nazirinin müşaviri vəzifəsində işləmişdir.
2018 - 2020 - Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri vəzifəsini icra etmişdir.
2020 - 2025 - İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
2026-cı ildən - İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2026-cı il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
