Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən 2019-cu il ərzində görülmüş işlər barədə H E S A B A T

Komitənin Beynəlxalq əməkdaşlıq şöbəsinin (bundan sonra “şöbə”) Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu il ərzində şöbə tərəfindən aşağıdakı işlər görülmüşdür.          

                          

  1. İkitərəfli əməkdaşlıq

 

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Bayerl ilə cari ilin 5 fevral tarixində Komitədə görüş təşkil edilmişdir. Görüşün məqsədi Azərbaycanla Avstriya arasında əmlak idarəçiliyi sahəsində ikitərəfli əlaqələrin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olmuşdur. Görüşdə son dövrlər ərzində sözügedən sahədə əldə edilmiş nailiyyətlər müzakirə edilmişdir.

Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin dəvəti ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 15 may 2019-cu il tarixində Niderlandın Apeldorn şəhərində səfərdə olmuşdur. Səfərin məqsədi daşınmaz əmlakın qeydiyyatı və kadastrı, eləcə də  Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa İttifaqı ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə tanışlıqla yanaşı, sözügedən sahələrdə qurumlar arasında əməkdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi olmuşdur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin rəhbəri Dorin Burmanye və agentliyin digər nümayəndələri arasında ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı daşınmaz əmlakın qeydiyyatı və kadastrı, eləcə də qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri kimi Azərbaycan Respublikası Prezidentinin 28.12.2018-ci il tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar məsələlər müzakirə olunmuş, Niderland təcrübəsi ilə ətraflı tanışlıq həyata keçirilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 19 iyul tarixində Ankara şəhərində işgüzar səfərdə olaraq, Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun rəhbəri Ahmet Zeki Adlı və nazirliyin digər səlahiyyətli nümayəndələri arasında ikitərəfli görüş keçirilmişdir. Görüşün məqsədi daşınmaz əmlakın qeydiyyatı və kadastrı, eləcə də  Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Türkiyə təcrübəsi ilə tanışlıqla yanaşı, sözügedən sahələrdə qurumlar arasında əməkdaşlıq əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.

Həmin gün ƏMDK nümayəndə heyəti ilə Türkiyə Özəlləşdirmə Təşkilatının prezidenti Bekir Emre Haykır və təşkilatın digər nümayəndələri arasında da ikitərəfli görüş baş tutmuşdur. Görüşdə özəlləşmə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər və reallaşdırılacaq tədbirlərdən danışılmış, ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Sözügedən əməkdaşlığın davamı olaraq, cari ilin 20-22 oktyabr tarixlərində Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma nazirinin müavini Fatma Varankın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri olmuşdur. Səfər çərçivəsində Komitə sədrinin iştirakı ilə dostluq görüşü keçirilmiş, daha sonra Komitənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı, kadastrı, coğrafi məkan məlumatları sistemləri və sair aidiyyəti məsələlər müzakirə edilmiş, təcrübə mübadiləsi aparılmış, qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin hədəfləri müəyyən edilmişdir. 

11 iyul tarixində Komitə sədri ilə Fransa nümayəndə heyətinin tərkibində Bakıya səfər edən “BNP PARIBAS” Bankının Moskva filialının baş icraçı direktoru Pier Bonən arasında ikitərəfli görüş təşkil edilmişdir. Görüşdə ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi barədə qarşı tərəfə geniş məlumat verilmiş və “BNP PARIBAS” Bankının özəlləşdirmədə iştirakı imkanları müzakirə edilmişdir.

Komitənin dəvəti ilə Azərbaycana səfər etmiş Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun prezidenti Vernherr Hoffmannla Komitə sədri arasında 11 iyul tarixində Komitədə ikitərəfli görüş keçirilmişdir. Görüşdə daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemləri haqqında qarşı tərəflə geniş fikir mübadiləsi aparılmış, ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilmişdir.

Sözügedən əməkdaşlığın davamı olaraq, Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbərinin dəvəti ilə Komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti 2019-cu ilin 23 sentyabr tarixində Vyana şəhərində işgüzar səfərdə olmuşdur. Səfərin əsas məqsədi daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi, Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində qurumlar arasında əməkdaşlıq əlaqələrinin gələcək inkişafı, eləcə də 2020-ci il üçün fəaliyyət istiqamətləri ilə bağlı məsələlərin müzakirəsi olmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi məqsədilə keçirilmiş tenderin qalibi olan İsrailin “Ofek Aerial Photography” qurumunun birgə təşkilatçılığı ilə 25 iyul tarixində “Bulvar” hotelində “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilmişdir. Konfransda xarici dövlətlərin təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikasının 34 dövlət qurumunun nümayəndələri iştirak etmişlər. Həyata keçirilən layihə və bu tədbir barədə ictimaiyyətin geniş məlumatlandırılması təmin edilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mövcud saziş və memorandumlar üzrə əməkdaşlıq etdiyi xarici dövlət qurumları ilə geniş təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə həmin dövlət qurumlarına məktub layihələri hazırlanmış və göndərilmişdir. Məktublarda 2018-2019-cu illər ərzində ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nəticə və nailiyyətlər əks etdirilmiş və müqabil tərəflərdən bu sahələr üzrə gördükləri işlər barədə aidiyyəti məlumatların təqdim edilməsi xahiş edilmişdir.    

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Çin Xalq Respublikası Dövlət Şurasının Dövlət Əmlakının Nəzarəti və İdarəçiliyi Komissiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin qarşı tərəfə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktub layihəsi hazırlanmış və göndərilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin Çin Xalq Respublikasında Çin rəsmiləri ilə keçirəcəyi ikitərəfli görüşlər zamanı sözügedən Memorandumun imzalanması ilə bağlı zəruri prosedurların sürətləndirilməsi məsələsinin qaldırılması ilə bağlı məktub hazırlanmış və göndərilmişdir.

Belarus Respublikasının Dövlət Əmlak Komitəsinin sorğusuna əsasən, daşınmaz əmlakın icarə münasibətlərinin hüquqi tənzimlənməsinə dair Azərbaycan təcrübəsi ilə bağlı məlumat hazırlanaraq Belarus Respublikasının Dövlət Əmlak Komitəsinə göndərilmişdir.

Qeyd edilənlərlə yanaşı, Komitəyə daxil olmuş son illər ərzində Rusiya Federasiyası, Niderland Krallığı, Moldova, Qazaxıstan, Qırğızıstan, Litva, Türkiyə və Belarus Respublikalarında müvafiq fəaliyyət sahələrində görülmüş işləri, ölkədaxili islahatları əks etdirəm məlumatlara əsasən Komitənin aidiyyəti qurumlarından Beynəlxalq əməkdaşlıq şöbəsinə əməli təkliflər təqdim edilmişdir. Bu təkliflər əsasında şöbə tərəfindən 4 istiqamət üzrə (kadastr fəaliyyəti, daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi) təqdimat hazırlanmış və Komitə Sədrinə təqdim edilmişdir.

Komitə sədrinin yanında Torpaq Səthinin Monitorinq Sisteminin qurulması işləri ilə bağlı podratçı şirkətin nümayəndələri tərəfindən 04 iyul tarixində təqdimat həyata keçirilmiş, sistemin funksionallığının təkmilləşdirilməsi məsələləri müzakirə edilmişdir.

Bununla yanaşı, Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə Federal Agentliyi (“Rosreyestr”) nümayəndə heyətinin gələn ilin ilk rübündə Azərbaycana işgüzar səfəri ilə bağlı zəruri işlər həyata keçirilir.

 

  1. İkitərəfli əməkdaşlıq çərçivəsində əlaqədar məsələlər

 

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin (TEKUİS) funksionallığında  yaranmış problemlərin aradan qaldırılması ilə əlaqədar Türkiyənin BTG şirkətinin rəhbəri Komitəyə dəvət edilmiş və 26 aprel tarixində onunla müzakirələr aparılmışdır. Müzakirələr zamanı Texniki Tapşırıqla müəyyən edilmiş funksionallıq şərtlərinin BTG şirkəti tərəfindən tam icrası qərarı qəbul edilmişdir.

Türkiyənin aidiyyəti dövlət orqanları ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında səmərəli əməkdaşlığın genişləndirilməsi ilə bağlı 19 iyul tarixində Ankara şəhərində keçirilmiş  görüşlərlə bağlı Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma Nazirliyinə, Özəlləşdirmə Təşkilatına, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə təşəkkür və dəvət məktubları hazırlanmış və diplomatik kanallarla qarşı tərəflərə göndərilmişdir.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün ayrılmış torpaq sahəsinə, eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyinin keçmiş inzibati binasının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin balansına verilməsinə dair zəruri müzakirələr aparılmış və işlər görülmüşdür. 

“Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün torpaq sahəsinin və müvafiq binanın ayrılması haqqında Saziş” layihəsi və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin istifadəsində olan daşınmaz əmlakın qiymətləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəy və təkliflər, eləcə də bununla əlaqədar məktub layihələri hazırlanmış və göndərilməsi təmin edilmişdir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan–Türkmənistan Hökumətlərarası Komissiyasının beşinci iclas Protokolunun müvafiq bəndinin icrası çərçivəsində “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında daşınmaz əmlakın kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihələri hazırlanmış və qarşı tərəfə çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

 

  • İkitərəfli əməkdaşlıq çərçivəsində sənədlərlə iş

 

Hesabat dövründə ikitərəfli əməkdaşlıqla bağlı şöbəyə daxil olan çoxlu sayda məktubların icrası təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti, görülmüş işlər, həllini tapmamış və görüşlər zamanı qaldırılması vacib olan məsələlərə dair məlumatlar və əməkdaşlıq təklifləri, Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələrinin gündəliyinə daxil edilməsi vacib hesab edilən məsələlər barədə, “DvaGİS-Bişkek” MMC-nin məktubunda qeyd olunan aidiyyəti suallara cavablar, eləcə də Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti, Yaponiya Hökuməti, Vyetnam Sosialist Respublikası Hökuməti və Oman Sultanlığı arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihələri, habelə Azərbaycan Respublikası ilə Qırğız Respublikası, Gürcüstan, Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Özbəkistan Respublikası, İsrail Dövləti arasında Birgə Hökumətlərarası Komissiyaların iclas Protokollarının layihələri, “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Saziş” layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, xəritəçəkmə, Yerin məsafədən tədqiq edilməsi və geoməlumat sistemləri sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi ilə bağlı təkliflər və məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bunlarla yanaşı, Moldova Respublikasının Torpaq Münasibətləri və Kadastr Agentliyi ilə məlumat mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası və Polşa Respublikası arasında baxılmaqda olan sənəd layihələrinin cari vəziyyəti, eləcə də Avstriya Respublikasının “Josef Manner & Comp. AG” şirkəti tərəfindən ölkəmizin Avstriyadakı Səfirliyinə təqdim edilmiş müraciətlə bağlı, habelə “MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016–2020-ci illər) yerinə yetirilməsi üzrə Tədbirlər Planı”, həmçinin “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Sərhəd Məsələləri üzrə Müştərək Komissiyanın yaradılması haqqında Memorandum”a əsasən yaradılmış Komissiyanın növbəti iclası, 2020-2022-ci illər üçün üçtərəfli sahəvi əməkdaşlıq üzrə Fəaliyyət Planının Gürcüstan tərəfindən tərtib edilmiş layihəsi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 18-ci iclas Protokoluna, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında baxılmaqda olan sənəd layihələri”, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Saziş” layihəsinin Ticarət hissəsi üzrə Horizontal müddəalar fəslinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqını tərk etməsi ilə əlaqədar bir sıra məsələlərin sorğu edilməsinə, eləcə də “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin layihəsinə dair, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əməkdaşlıq çərçivəsində İran tərəfi qarşısında qaldırılması məqsədəuyğun olan, eləcə də zəruri hesab edilən digər məsələlərə dair təkliflər, məlumatlar və məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Çin Xalq Respublikasının Xarici Dillər Mətbuatı tərəfindən “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycana həsr olunacaq kitabın nəşr olunması, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” layihəsi ilə bağlı məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

 “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan-İran sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) buraxılış məntəqələri ərazisində Astara çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş” layihəsi, eləcə də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlığa dair Fəaliyyət Planı”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq proqramı” və “Azərbaycan-Rusiya əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın icra vəziyyəti ilə bağlı müvafiq məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarı ilə daxil olmuş xidməti zərurətlə əlaqədar qurumların rəsmi sənədləri imzalamaq hüququ olan məsul şəxslərinin imza nümunələri, eləcə də qurumların möhür və rəsmi blank nümunələrinin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubuna cavab olaraq Komitənin Aparatında və qurumlarında istifadə edilən rəsmi blank nümunələri aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16 sentyabr 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş səkkizinci iclasında qəbul edilmiş Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına dair Fəaliyyət Planının 15-ci hissəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Təşkilatına (DEİK) məktub hazırlanmış və qarşı tərəfə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilmişdir.

“İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2006-cı il tarixli  472 nömrəli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə ikitərəfli əməkdaşlıq çərçivəsində imzalanmış saziş və memorandumların, eləcə də Hökumətlərarası Komissiyanın iclas protokollarının 2019-cu il ərzində icrasına dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə, həmçinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına məktub layihələri hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      

  1. Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq

 

Beynəlxalq Mərzçəkənlər Federasiyasının (FIG) cari ilin 22-26 aprel tarixlərində Vyetnamın Hanoy şəhərində keçirilən Baş Assambleyasında Azərbaycanda torpaq sahələrində mərzçəkmə işinin təşkili və aparılmasını təmin edən qurum kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Mərzçəkənlər Federasiyasına (FIG) affilə edilmiş üzv seçilmişdir.

Şöbənin əməkdaşı cari ilin 2-4 oktyabr tarixlərində Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi Bürosunun iclasında və Komitənin 80-ci sessiyasında iştirak etmişdir. Xidməti ezamiyyət zamanı görülmüş işlər barədə hesabat aidiyyəti üzrə təqdim edilmişdir. Qeyd edək ki, sessiya çərçivəsində 56 üzv dövlətin açıq səsverməsi nəticəsində şöbənin əməkdaşı BMT AİK-in sözügedən Komitəsinə yekdilliklə yenidən sədr müavini seçilmişdir.

Bununla yanaşı, şöbənin əməkdaşı cari ilin 16-17 dekabr tarixlərində Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi Bürosunun iclasında iştirak edərək ona sədrlik etmişdir.

Eyni zamanda, şöbənin əməkdaşı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin Ticarət, sərmayə və enerji ticarəti məsələləri hissəsi üzrə açıq qalan məsələlərin, eləcə də təqdim edilmiş fəsillərin müzakirə edilməsi məqsədilə cari ilin 22-23 yanvar tarixlərində Brüssel şəhərində keçirilən danışıqların dördüncü mərhələsində iştirak etmişdir. Danışıqlar zamanı “Dövlət mülkiyyətində olan müəssisələr, xüsusi hüquq və ya imtiyazlara malik müəssisələr və müəyyən edilmiş təbii inhisarlar” fəslinə dair ƏMDK tərəfindən təqdim olunmuş təkliflər bir daha müzakirə edilmiş, bir sıra maddələr tərəflər arasında razılaşdırılmış, 3 müddəa üzrə məsələlərin isə Aİ tərəfindən müvafiq məlumatların təqdim edilməsindən sonra razılaşdırılacağı qərara alınmışdır. Qeyd edilən məsələlər barədə xidməti ezamiyyətlərin nəticələrinə dair hesabatlarda daha ətraflı qeyd edilmişdir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müraciətinə əsasən Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti layihəsinin icrası çərçivəsində 18 yanvar tarixində ƏMDK-da Agentliyin, eləcə də ABŞ-ın FHI 360 təşkilatı və Azərbaycanda təsis edilmiş “MG Consulting” MMC-nin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə dövlət orqanları, o cümlədən ƏMDK ilə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Bununla yanaşı, Komitənin Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti Təşkilatının Gücləndirilməsi Layihəsi (ECSOFT) sahəsindəki ehtiyaclarını öyrənmək məqsədi ilə “MG Consulting” MMC tərəfindən təqdim edilmiş sorğu anketi doldurularaq aidiyyəti üzrə göndərilmişdir. 

Komitənin nümayəndələri cari ilin 7–9 avqust tarixlərində BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəedilməsi üzrə Mütəxəssislər Komitəsinin (UN-GGIM) Nyu-York şəhərində keçirilən 9-cu sessiyasında iştirak etmişlər. Səfərin məqsədi BMT-yə üzv dövlətlərdə geoməkan məlumatlarının idarəedilməsi, milli məkan məlumatları infrastrukturlarının formalaşdırılması və bu istiqamətdə ölkələrdə planlaşdırılan layihələrin idarəçiliyi sahəsində xarici dövlətlərin və beynəlxalq təşkilatların təcrübələri ilə tanış olmaq və sözügedən sahədə ölkəmizdə həyata keçirilən islahatları geniş platformada işıqlandırmaqdan ibarət olmuşdur. Komitənin nümayəndə heyəti sessiyanın bütün bölmələrindəki müzakirələrdə fəal iştirak etmiş və geniş təcrübə mübadiləsi həyata keçirmişdir. Görülmüş işlər və əməli təkliflərlə bağlı hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.    

“Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsi çərçivəsində podratçı qismində çıxış edən Sloveniyanın “Sinergise” şirkətinin rəhbəri ilə Komitənin sədr müavini R.Cəlilovun yanında həftəlik əsaslarla videokonfranslar təşkil edilmiş və bu videokonfranslar zamanı layihənin icrası ilə bağlı zəruri məsələlər müzakirə edilmişdir.

4 fevral 2019-cu il tarixində Komitənin inzibati binasında Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilərək, bir sıra əməkdaşlıq məsələləri müzakirə edilmiş və gələcək əməkdaşlıq perspektivləri barədə qarşı tərəfin məlumatlandırılması qərara alınmışdır. Belə ki, Komitənin aidiyyəti qurumlarının təklifləri nəzərə alınmaqla Komitə ilə Asiya İnkişaf Bankı arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Saziş layihəsi, ələlxüsus “Dövlət mülkiyyətində olan müəssisələr” fəsli üzrə açıq qalan məsələlərin müzakirəsi məqsədilə şöbənin əməkdaşı 20 fevral tarixində Bakı Biznes Mərkəzində danışıqların beşinci mərhələsində iştirak edərək qarşı tərəfin ekspertləri ilə müvafiq müzakirələr aparmışdır.

Cari il ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində AYİB-in texniki dəstəyi ilə Azərbaycanın dövlət müəssisələrində korporativ idarəçilik prinsiplərinin tətbiqi nəzərə alınmaqla “Deloitte&Touche” məsləhətçi şirkəti ilə birlikdə hazırlanmış bir sıra sənədlərin (müəssisənin nizamnaməsi, auditorlar şurasının nizamnaməsi, korporativ etik davranış qaydaları və s.) nümunəvi formalarının hazırlanması ilə bağlı AYİB-ın nümayəndələri ilə görüşlər keçirilmiş və sənəd layihələrinə dair geniş müzakirələr aparılmışdır. Görüşlərdə həmçinin ƏMDK ilə AYİB tərəfindən Bakıda birgə təşkil ediləcək konfransla bağlı məsələlər müzakirə edilmişdir. Bununla yanaşı, konkret fəaliyyət sahələri üzrə gələcək əməkdaşlıq əlaqələrinə dair AYİB-lə fikir mübadiləsi aparılmışdır.

Cari ilin 22-24 may tarixlərində Moldovanın Kişinyov şəhərində BMT Avropa Iqtisadi Komissiyası tərəfindən təşkil olunan daşınmaz əmlak idarəçiliyi (torpaq idarəçiliyinin planlaşdırılması) və sənaye təhlükəsizliyi üzrə keçirilmiş subregional seminarda Komitə əməkdaşlarının iştirakı təmin edilmişdir.

Almaniyanın Özəlləşdirmə Qurumu və GIZ Beynəlxalq Əməkdaşlıq Təşkilatının məsul nümayəndələri ilə ƏMDK-da görüş keçirilmişdir. Görüşdə ƏMDK ilə GIZ arasında 2019-cu il üçün əməkdaşlıq hədəfləri geniş müzakirə edilmiş və 14 istiqamət üzrə tərəfdaşlıq etmək barədə qərar qəbul edilmişdir. Hazırda bu istiqamətdə zəruri işlər görülür.

Komitənin əməkdaşları Almaniyanın GIZ təşkilatı ilə BMT-nin FAO təşkilatı ilə birgə 8 iyul tarixində Bakıda, 10 iyul tarixində isə Tbilisi şəhərində “Daşınmaz əmlak mülkiyyəti və nəzarət: gender bərabərliyinin gücləndirilməsi sahəsində hüquqi çərçivənin rolu” mövzusunda təşkil edilmiş təlim seminarlarında iştirak etmişlər.

Komitə ilə ikitərəfli əməkdaşlıq çərçivəsində Almaniyanın GIZ təşkilatı tərəfindən Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununun və II Dövlət Proqramının qiymətləndirilməsi həyata keçirilir. Bununla bağlı 11 avqust 2019-cu il tarixində təşkilatın əməkdaşı tərəfindən Komitənin inzibati binasında təqdimat həyata keçirilmiş və müvafiq suallara aydınlıq gətirilmişdir.

Bununla yanaşı, cari ilin noyabr-dekabr aylarında GIZ-in dəstəyi ilə Müqavilələrin İdarəedilməsi Sisteminin (MİS) qurulması ilə bağlı  görüşlər keçirilmişdir. Belə ki, şöbənin nümayəndələrinin iştirakı ilə “ULTRA Technologies” şirkəti tərəfindən hazırlanmış Texniki Tapşırığın müzakirəsi həyata keçirilmiş və sənəd layihəsinə dair rəy və təkliflər podratçı şirkətə təqdim edilmişdir.

 

  1. Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq çərçivəsində əlaqədar məsələlər

 

Komitə sədrinin 24 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin birgə təşkil etdiyi innovasiyalara həsr edilmiş tədbirində iştirakı ilə əlaqədar zəruri işlər görülmüşdür.

“Doing Business 2020” hesabatının tərtib edilməsi ilə əlaqədar “Əmlakın qeydiyyatı” indikatoru üzrə Dünya Bankından daxil olmuş sorğu ingilis və Azərbaycan dillərində hazırlanaraq Dünya Bankına təqdim olunmuşdur.

Avropa İttifaqının TAIEX və Tvinninq texniki yardım alətləri çərçivəsində Aİ ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi davam etdirilir. Belə ki, 21-25 yanvar 2019-cu il tarixlərində (5 gün müddətində) Komitənin inzibati binasında Sloveniya Respublikasından olan ekspertin ƏMDK nümayəndələri ilə “ƏMDK-nın fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün Strategiya Planı və ona müvafiq Biznes Planlarının yenilənməsi” üzrə birgə interaktiv fəaliyyəti ilə bağlı tədbir təşkil edilmişdir.  

Bununla yanaşı, 04-05 mart 2019-cu il tarixlərində “Holiday Inn” hotelində Sloveniya, Xorvatiya və Latviyadan olan ekspertlərin iştirakı ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları üçün “Daşınmaz əmlakın kadastr məlumatlarının idarə olunması” üzrə TAIEX texniki yardım aləti çərçivəsində 2-günlük seminar təşkil edilmişdir. Seminar çərçivəsində ƏMDK-nın sözügedən fəaliyyət sahələri üçün mühüm əhəmiyyət kəsb edən bir çox məsələlərə aydınlıq gətirilmiş, Aİ ölkələrinin bu sahədə təcrübələri ətraflı nəzərdən keçirilmiş, geniş şəkildə müzakirələr aparılmışdır. Tədbir zamanı nümayiş etdirilən bütün təqdimat və videoçarxlar iştirakçılara təqdim edilmişdir. Tədbir yerli KİV tərəfindən işıqlandırılmışdır.

Eyni zamanda, Komitənin Aparatının struktur bölmələri, Komitənin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyət sahələri üçün zəruri hesab edilən və TAIEX aləti çərçivəsində həyata keçirilə biləcək layihəyə/layihələrə dair əsaslandırılmış təkliflərin təhlili həyata keçirilmişdir.

Komitənin əməkdaşlıq etdiyi BMT-nin Avropa İqtisadi Komissiyasının Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi, “EuroGeographics” təşkilatı, Qiymətləndiricilərin Beynəlxalq Assosiasiyası, Beynəlxalq Mərzçəkənlər Federasiyası, Almaniyanın GIZ təşkilatı və digər beynəlxalq və regional iqtisadi qurumlarla əlaqələrin genişləndirilməsi istiqamətində zəruri işlər həyata keçirilmişdir.

ƏMDK ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanın elektrik enerjisi sektorunda özəlləşdirmə imkanlarının nəzərdən keçirilməsi barədə Anlaşma Memorandumunun mətninə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bununla yanaşı, Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə qaydalarının təkmilləşdirilməsi sahəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə köməklik göstərilməsi sahəsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin nəticələrinə dair məlumat hazırlanmış və Avropa Yenidənqurma və İnkişaf Bankına göndərilmişdir.

GIZ-in texniki və maliyyə dəstəyi ilə Komitə üçün MİS-in yaradılması istiqamətində GİZ-in layihəyə cəlb etdiyi “ULTRA Technologies” şirkəti tərəfindən sistem üçün hazırlanmış Texniki Tapşırığın yekun versiyasına dair rəy və təkliflərin təqdim edilməsi məqsədilə Komitənin aidiyyəti qurumlarına sorğu göndərilmişdir.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Cenevrədə keçirilmiş Azərbaycan üzrə İşçi Qrupunun 14-cü iclasından sonra ABŞ, Avropa İttifaqı və Türkiyə tərəfindən təqdim edilmiş müvafiq sualların cavab layihəsinə dair rəy və təkliflərin təqdim edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məktubuna Əmlak Məsələləri Dövlət Komitəsində aidiyyəti üzrə baxılmış və müvafiq düzəlişlər edilməklə cavab məktubu hazırlanaraq göndərilmişdir.

 

  1. Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq çərçivəsində sənədlərlə iş

 

Hesabat dövründə beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıqla bağlı şöbəyə daxil olan məktubların icrası həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Saziş layihəsi üzrə açıq qalan məsələlərin müzakirə edilməsi məqsədilə 2019-cu ilin 18-20 fevral tarixlərində Bakı Biznes Mərkəzində danışıqların beşinci mərhələsində iştirakla bağlı, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsinə, “Ağdam” markalı şərabın istehsalı barədə Avropa İttifaqının sorğusuna, “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş” layihəsinin yenidən hazırlanmış mətninə, habelə “Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası haqqında Saziş” layihəsinə, həmçinin “2030-cu ilədək olan dövr üçün MDB-nin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin (2021-2025-ci illər) reallaşdırılması üzrə Tədbirlər Planının layihəsinə, “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair Saziş” layihəsinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bununla yanaşı, “BMT-nin insan hüquqları mexanizmləri üzrə qurumları ilə əməkdaşlığın səmərəliliyinin artırılması haqqında” Konvensiya, Azərbaycan Respublikası Prezidentinin 20.09.2018-ci il tarixli 504 nömrəli Sərəncamı ilə Azərbaycana münasibətdə qəbul edilən tövsiyələrin icrası barədə “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının beşinci dövri məruzə layihəsi, “İqtisadi İnteqrasiya və Aİ siyasətinə uyğunlaşma” üzrə platformanın “Müəssisə siyasətinin həyata keçirilməsi” üzrə “Kiçik Biznes Aktı”nın (SBA) prinsiplərinə uyğun olaraq 16.05.2019-cu il tarixində keçirilmiş seminarda iştiraka dair, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin 3-cü Monitorinq Raundu çərçivəsində qəbul edilmiş Hesabatda əks olunan aidiyyəti tövsiyələrin ƏMDK tərəfindən 2019-cu ilin birinci yarısında icrası barədə məlumatlar və məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

 “İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası”nın hesabatına istinadən üzv dövlətlərin özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi üzrə əlaqələndirici şəxs, eləcə də İƏT-ə üzv dövlətlərdə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair layihələrə rəy, habelə bu sahədə Azərbaycanın Respublikasının son nailiyyətləri barədə məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Asiya İnkişaf Bankının 2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması prosesinin tərkib hissəsi olan Ölkənin Rəqəmsal İnkişafı ilə bağlı İcmal (Country Digital Development Overview – CDDO) hesabatına, eləcə də BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası tərəfindən hazırlanacaq onuncu, on birinci və on ikinci birgə dövri məruzə layihəsinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

“MDB-yə üzv dövlətlərdə kiçik və orta sahibkarlığın vəziyyəti haqqında” analitik-informasiya icmalı üzrə Azərbaycan Respublikası haqqında bölmənin hazırlanması məqsədilə “kiçik və orta sahibkarlıq subyektlərinin əmlak məsələləri baxımından dəstəklənməsi tədbirləri” barədə Azərbaycan və rus dillərində müvafiq məlumat, MDB-nin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 21.06.2019-cu il tarixində keçirilmiş iclasında müzakirə edilən sənəd layihələrinə, “MDB-nin gələcək inkişaf Konsepsiyası”nın müddəalarının yenilənməsi üzrə ekspertlər qrupunun 25 iyun tarixində Minsk şəhərində keçirilmiş iclasında müzakirə edilmiş sənəd layihələrinə, eləcə də “MDB-yə üzv dövlətlərin işgüzar mühiti, investorlara güzəştləri, azad iqtisadi zonaları, sənaye və elmi-texniki parklarının Xülasəsi”nə dair müvafiq məlumatlar və məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

05 fevral 2019-cu il tarixində Avstriya Respublikasının ölkəmizdəki səfiri Aleksander Bayerl və “Josef Manner & Comp.A G” şirkətinin əməkdaşlarının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri ilə keçirilmiş görüşü ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin məktubuna cavab məktubu hazırlanmış və göndərilmişdir.

Bununla yanaşı, Dövlət idarəçiliyi və dövlət sektorunda səmərəliliyin artırılması Proqramının 2-ci altproqramı ilə bağlı, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında 2017-2020-ci illər üçün Birgə İşçi Sənədlə (“2020-ci il üçün 20 məqsəd”) bağlı Azərbaycan və ingilis dillərində müvafiq məlumatlar, habelə BMT Avropa İqtisadi Komissiyasının (AİK) Şəhər İşkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi tərəfindən hazırlanan “BMT AİK regionunda miqrantların mənzillə təminatı: təhdidlər və təcrübələr” adlı hesabatı ilə bağlı zəruri işlər görülmüş, eləcə də bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubuna cavab məktubu hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının müraciətinə əsasən, ”Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”nın icrası ilə bağlı Azərbaycan Respublikası Hökumətinin üçüncü dövri hesabatına daxil edilməsi məqsədilə Komitəyə ünvanlanmış suallar cavablandırılaraq aidiyyəti üzrə təqdim edilmişdir.

BMT Katibliyinin sorğusuna əsasən inzibati ərazi vahidlərinin adlarında və inzibati dövlət sərhədlərində tarixi dəyişikliklər barədə müvafiq məlumatların əldə edilməsi məqsədi ilə aidiyyəti qurumlara müvafiq göstərişin verilməsi üçün Azərbaycan Respublikası  Prezidenti  Administrasiyasına məktub hazırlanaraq göndərilmişdir.

           

  • Beynəlxalq təcrübənin təşviqi

 

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla Komitənin Aparatının struktur bölmələri, Komitənin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə iş əsnasında ehtiyac duyulan məsələlərlə bağlı xarici təşkilatların müvafiq təcrübələrinin öyrənilməsi məqsədi ilə göstəriş layihəsi hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir. Təqdim edilmiş təkliflər beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən hazırlanmış “təkliflər bankı”na daxil edilir və mütəmadi olaraq yenilənir. Hazırda daxil olmuş təkliflər üzrə müxtəlif mövzularda Beynəlxalq təcrübələr araşdırılmaqdadır.

Belə ki, Kadastr və reyestr informasiya bazaları arasında inteqrasiya”, “Daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatının müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət”, “Simvolik qiymətə satış vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi”, “Dövlət müəssisələrinin təyinatının dəyişməsi barədə”, “Yerquruluşu, kadastr və geodeziya sahəsində innovativ metodologiyaların tətbiqi”, “Daimi fəaliyyət göstərən peyk geodeziya şəbəkəsinin (AzPOS) istismarı (proqram təminatının və cihazların yeniləşdirilməsi, təmiri, qiymət siyasəti, saxlanma xərclərinin optimallaşdırılması və s.)”, “Daşınmaz əmlakın ilkin qeydiyyatı üzrə məcburilik və ya ilkin qeydiyyatın aparılması”, “Tik – idarə et – təhvil ver” modelinin tətbiqinə dair beynəlxalq təcrübə”, habelə “Səhiyyə müəssisələrinin özəlləşdirilməsi sahəsində Almaniya və Qazaxıstan təcrübələrinin əsas aspektləri” mövzularında beynəlxalq təcrübələr araşdırılaraq zəruri materiallar hazırlanmış və əməli təkliflərin təqdim edilməsi məqsədi ilə aidiyyəti qurumlara təqdim edilmişdir.

Qeyd edilənlərlə yanaşı, “Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması”, “Dövlət paylarının və əmlakının idarə edilməsi modelləri” və “Dövlət əmlakının uzunmüddətli icarəyə verilməsinin qanunvericilik aspektlərinə dair beynəlxalq təcrübələr”, eləcə də “Dövlət əmlakının uzunmüddətli idarəetməyə verilməsinin qanunvericilik aspektləri”, “Dövlət əmlakının idarə edilməsi”nin tətbiqinin real vəziyyəti barədə Rusiya Federasiyası və Qazaxıstan Respublikasında mövcud vəziyyət”, “Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərində dividendlərin hesablanması və ödənilməsi”, “Daşınmaz dövlət əmlaklarının uçotunun aparılması və onların qorunub saxlanılması məqsədilə monitorinqlərin keçirilməsi”“Dövlət müəssisələrinin təyinatının dəyişdirilməsi“ mövzularında beynəlxalq təcrübələr araşdırılaraq zəruri materiallar hazırlanmışdır.

Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu tərəfindən təqdim edilmiş daşınmaz əmlak idarəçiliyi ilə bağlı Avstriya Respublikası və İsveç Krallığının təcrübələrinə dair materialların Azərbaycan dilinə peşəkar tərcüməsi yerinə yetirilmiş və əsaslandırılmış təkliflərin təqdim edilməsi məqsədilə Komitənin aidiyyəti qurumlarına göndərilmişdir.

Bununla yanaşı, BMT-nin Avropa İqtisadi Komissiyasına (AİK) inkişaf etməkdə olan bəzi üzv dövlətlərdə torpaq və daşınmaz əmlak idarəçiliyi sistemi, o cümlədən mənzil sektorundakı mülkiyyət münasibətləri, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və digər aidiyyəti məsələləri əks etdirən təcrübələrə dair ölkə xülasələri, habelə BMT AİK regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəli icmalı haqqında məlumatlar təhlil edilərək müvafiq sahədə təcrübələr araşdırılmış və zəruri materiallar hazırlanaraq əməli təkliflərin təqdim edilməsi məqsədi ilə Komitənin aidiyyəti qurumlarına təqdim edilmişdir.

“Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi”, “Özbaşına tikililərlə əlaqədar BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanmış hesabatın, eləcə də özbaşına tikililərin sökülməsi və fərdi yaşayış evlərinin inşasına dair Rusiya Federasiyasının təcrübəsi”, “BMT-nin Avropa İqtisadi Komissiyasına üzv olan ölkələr, o cümlədən Ukraynada torpaqların səmərəli istifadə olunması və torpaq münasibətlərinin tənzimlənməsi” ilə bağlı təcrübələr araşdırılaraq onlara dair materiallar hazırlanmış və rəy və təkliflərin bildirilməsi məqsədilə Komitənin müvafiq qurumlarına göndərilmişdir.

Bununla yanaşı, xarici dövlətə xidməti ezamiyyət bitdikdən sonra ezam olunan şəxs və ya şəxslər tərəfindən tədbirin gedişi, tədbirdə əldə edilən təcrübələr və bu təcrübələrin labüd (məqbul) tərəflərinin yerli praktikamızda tətbiqi və ya nəzərə alınmasına dair təkliflər də daxil olmaqla PowerPoint formatında təqdimatın hazırlanaraq Beynəlxalq əməkdaşlıq şöbəsinə təqdim edilməsi ilə bağlı Tapşırıq hazırlanaraq müvafiq qurumlara göndərilmişdir.

 

  • Təlim və tədbirlərdə iştirak

 

Komitə əməkdaşlarının 22 fevral tarixində “Hilton” hotelində “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi, eləcə də 27 iyun tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) texniki dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində Bakıda keçirilmiş tədbirlərdə, eləcə də 29 avqust 2019-cu il tarixində keçirilmiş “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin yekun seminarında iştirakı təmin edilmişdir.

“Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsinin Pilot mərhələsi çərçivəsində podratçı şirkət tərəfindən 5-7 fevral tarixlərində ƏMDK-da keçirilən təlim seminarı ilə bağlı qarşı tərəfin nümayəndələri ilə görüşərək bəzi məsələlərə aydınlıq gətirilmişdir.

Arxivlərin elektronlaşdırılması sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə 18-19 aprel tarixlərində Komitənin 2 nümayəndəsinin Gürcüstanın Dövlət Qeydiyyatı üzrə Milli Agentliyində təlim səfərində, 1 nümayəndəsinin isə GIZ təşkilatı FAO ilə birgə eyni “Daşınmaz əmlak mülkiyyəti və nəzarət: gender bərabərliyinin gücləndirilməsi sahəsində hüquqi çərçivənin rolu” mövzusunda 10 iyul tarixində Tbilisi şəhərində keçirilmiş təlim seminarında iştirakı, eləcə də digər Komitə əməkdaşının Dünya Bankının 11-12 iyun tarixlərində Ankara şəhərində təşkil etdiyi Dövlət İdarəçiliyi ilə bağlı Regional Konfransda iştirakı təmin edilmişdir.

Şöbənin əməkdaşları 2019-cu ilin birinci yarısında Komitənin Təlim-Tədris Mərkəzində təşkil edilmiş təlimlərdə mühazirəçi (təlimçi) və iştirakçı qismində çıxış etmişlər. Təlim iştirakçıları təlimlərin yekununda təşkil edilmiş imtahanlardan uğurla keçmişlər.

Cari ilin 06 mart tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2018-cı il tarixli 431 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun iclasında şöbənin əməkdaşının iştirakı təmin edilmişdir.

Komitə ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında əməkdaşlıq çərçivəsində GIZ-in ekspertləri tərəfindən cari ilin 09 aprel tarixində Bakı şəhərində, 10 aprel tarixində isə Cəlilabad şəhərində “Almaniyada meşə və kənd təsərrüfatı sahəsində idarəetmə və özəlləşdirmə” mövzusunda, eləcə də 27 may tarixində Bakı şəhərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında “Almaniyada elektrik enerjisi bazarının özəlləşdirilməsi” mövzusunda yarımgünlük seminarlar təşkil edilmiş və keçirilmişdir. Şöbənin əməkdaşlarının seminarda iştirakı təmin edilmişdir.

Eyni zamanda, 22-24 may tarixlərində Moldovanın Kişinyov şəhərində BMT Avropa Iqtisadi Komissiyası tərəfindən təşkil olunan daşınmaz əmlak idarəçiliyi (torpaq idarəçiliyinin planlaşdırılması) və sənaye təhlükəsizliyi üzrə keçirilmiş subregional seminarda, FAO-nun BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəedilməsi Komitəsi, Dünya Bankı və Serbiya Respublikasının Dövlət Geodeziya Qurumu ilə birlikdə 18-21 sentyabr tarixlərində Serbiyanın Vrdnik şəhərçiyində “Milli məkan məlumatlarının idarəedilməsi” mövzusunda keçirilmiş beynəlxalq seminarda, eləcə də Belarus Respublikasının Dövlət Əmlak Komitəsi Almaniya Federativ Respublikasının Torpaqların İdarəedilməsi və Satışı Cəmiyyəti (BVVG) ilə birlikdə 18-19 sentyabr tarixlərində Minsk şəhərində “Daşınmaz əmlak qeydiyyatının dünya təcrübəsi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilmiş konfransda Komitə əməkdaşlarının iştirakı təmin edilmişdir.

Bununla yanaşı, MDB-nin Geodeziya, kartoqrafiya, kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının 2019-cu ilin 17-19 sentyabr tarixlərində Düşənbə şəhərində keçirilmiş 41-ci sessiyasında Şuranın müvafiq işçi qruplarının üzvləri olan Komitə əməkdaşları, habelə  09-12 sentyabr  tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində keçirilmiş “ITU Telecom World 2019” beynəlxalq sərgi və konfransda Komitə əməkdaşlarının iştirakı təmin edilmişdir.

Cari ilin 20-25 oktyabr tarixlərində Komitənin 6 əməkdaşının Almaniya Federativ Respublikasına “İctimai səhmlərin idarə edilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə məsləhət xidmətləri” mövzusunda təşkil edilmiş təlim səfərində iştirakı təmin edilmişdir. Təlim səfəri zamanı Komitə əməkdaşları Federal Maliyyə Nazirliyi (BFM), GIZ və Federal Şəbəkə Agentliyinin nümayəndələri ilə görüşlər keçirmiş, “Deutsche Telekom” və “Kliniken Köln” kimi müəssisələrdə dövlətə məxsus səhmlərin idarəedilməsi sahəsində yerli təcrübələri öyrənmişlər.

Komitənin 2 əməkdaşının 6-9 oktyabr 2019-cu il tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçirilmiş “EuroGeographics” beynəlxalq təşkilatının Baş Assambleyasında iştirakı təmin edilmişdir.

Komitənin sədr müavininin 20 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə iştirakı təmin edilmişdir.

Komitə əməkdaşlarının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi üzrə “Kənd təsərrüfatı torpaqlarına mülkiyyət hüququ və ya torpaqlar üzərində qorunan hüquqları olan əhalinin sayının kənd təsərrüfatı ilə məşğul olan əhalinin ümumi sayına nəzərən xüsusi çəkisi, cins bölgüsü və qadınların xüsusi çəkisi, torpağa sahibolma formaları” üzrə göstəricinin yaradılması ilə bağlı 27 iyun tarixində “Holiday Inn Baku” hotelində seminarda iştirakı təmin edilmişdir.

Şöbənin əməkdaşları Almaniyanın GIZ təşkilatı FAO ilə birgə cari ilin 8 iyul tarixində Bakı şəhərində “Daşınmaz əmlak mülkiyyəti və nəzarət: gender bərabərliyinin gücləndirilməsi sahəsində hüquqi çərçivənin rolu” mövzusunda keçirilmiş seminarda, 19 avqust 2019-cu il tarixində Azərbaycanın “Ağdam” şərabının Latviyada istehsalı məsələsi ilə bağlı İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə, bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiya”nın icrası ilə əlaqədar keçirilmiş görüşdə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair Fəaliyyət Planı ilə bağlı keçirilmiş iki günlük müzakirələrdə iştirak etmişdir.

Komitənin nümayəndəsi MDB-nin Geodeziya, Kartoqrafiya, Kadastr və Yerin məsafədən tədqiq edilməsi üzrə Dövlətlərarası Şurasının Məkan məlumatları infrastrukturu üzrə işçi qrupunun 25-26 iyul tarixlərində Moskva şəhərində təşkil edilən iclaslarında iştirak edərək təqdimatla çıxış etmiş, müzakirələrdə iştirak etmişdir.

Komitə əməkdaşının 29 avqust 2019-cu il tarixində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin yekun seminarında iştirakı təmin edilmişdir.

Komitənin 3 əməkdaşının Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması layihəsi çərçivəsində 10-14 noyabr 2019-cu il tarixlərində İsrail Dövlətinin Netanya şəhərində təşkil edilmiş təlim səfərində iştirakı təmin edilmişdir.

 

  1. “Doing Business 2020” icmalı üzrə işlər

 

22 aprel tarixində “Doing Business” icmalı ilə bağlı Dünya Bankının mərkəzi ofisindən ezam olunan ekspertlər komandası ilə görüş keçirilmiş, ölkəmizdə daşınmaz əmlak hüquqlarının qeydiyyatı sahəsində islahatlar barədə ingilis dilində təqdimat həyata keçirilmişdir. Qarşı tərəfin maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.  

29 aprel tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankının “Doing Business” hesabatı üzrə ekspertləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının nümayəndələrinə “Doing Business” hesabatının metodologiyası istiqamətində təlimlər keçirmişdir. Təlimlərdə işçi qrupunun üzvləri kimi Komitənin Beynəlxalq şöbəsinin əməkdaşı və DƏDRX-nin rəisi iştirak etmiş və aidiyyəti indikator üzrə verilmiş sualları cavablandırmışlar.

Azərbaycan Respublikasının biznes mühitinə dair aidiyyəti normativ aktların tərcümə edilməsi və internet resurslarında yerləşdirilməsi Qrafikində qeyd edilmiş  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 713-IIQ) və “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının (№ 319) yüksək peşəkarcasına ingilis dilinə tərcüməsi təmin edilmiş və paraflanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Tərcümə materialları aidiyyəti rəsmi elektron səhifələrində yerləşdirilmişdir.

“Doing Business 2020” hesabatı ilə bağlı Dünya Bankından daxil olmuş aydınlaşdırıcı suallar cavablandırılaraq qarşı tərəfə göndərilmişdir.

 

  1. Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşması istiqamətində tədbirlər

 

Komitə sədrinin 03 yanvar 2019-cu il tarixli 04 nömrəli əmrinin 3-cü bəndinin icrasına dair Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən Milli Məkan Məlumatları (MMMİ) infrastrukturunun yaradılması, istifadəsi və inkişafı ilə bağlı xarici ölkələrin təcrübələri, eləcə də Komitənin beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq barədə təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Bununla yanaşı, Dünya Bankının məsul nümayəndəsi ilə görüş keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Daha sonra Dünya Bankının Vaşinqton şəhərində yerləşən baş ofisinin nümayəndələri ilə videokonfrans təşkil edilmiş və layihənin icrası üçün zəruri hesab edilən məsələlər üzrə danışıqlar aparılmışdır.

Milli Məkan Məlumatlarının İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı açıq tender əsasında cəlb edilmiş məsləhətçi şirkət hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini həyata keçirir. Bununla yanaşı, 31 oktyabr tarixində məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilmiş və təqdim edilmiş İlkin Hesabatın yekun müzakirələri aparılmışdır.

Eyni zamanda, ƏMDK ilə Milli Məkan Məlumatları İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı məsləhətçi xidmətlərinin cəlb edilməsi məqsədilə keçirilmiş tenderin qalibi olan İsrailin “Ofek Aerial Photography” qurumunun birgə təşkilatçılığı ilə 25 iyul tarixində “Bulvar” hotelində “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda konfrans keçirilmişdir. Konfransda xarici dövlətlərin təmsilçiləri ilə yanaşı, Azərbaycan Respublikasının 34 dövlət qurumunun nümayəndələri iştirak etmişlər. Həyata keçirilən layihə və bu tədbir barədə ictimaiyyətin geniş məlumatlandırılması təmin edilmişdir.

Qeyd edilənlərlə yanaşı, Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və tətbiqi ilə bağlı qabaqcıl beynəlxalq elmi-praktik təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən islahatların layiqincə işıqlandırılması məqsədilə 2020-ci ilin birinci yarısında Bakı şəhərində “Milli Məkan Məlumatları İnfrastrukturu: rəqəmsal cəmiyyətə doğru” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı zəruri işlər görülməkdədir. Hazırda konfransın veb-səhifəsinin yaradılması və orada konfrans iştirakçıları üçün zəruri materialların yerləşdirilməsi ilə bağlı işlər görülür.

 

  1. Şöbədaxili elektron bazalar

 

Hesabat dövründə şöbə daxilində fəaliyyət göstərən: 1) özəlləşdirmə prosesinə cəlb edilmək iqtidarında olan beynəlxalq təcrübəli nüfuzlu xarici məsləhətçi qurumlar barədə məlumat bazası; 2) Komitənin tərəfdaş olduğu beynəlxalq Saziş və Memorandumlarının məlumat bazası; 3) Komitə əməkdaşlarının xarici ölkələrə xidməti səfərləri üzrə məlumat bazası; 4) Komitə əməkdaşlarının iş telefonları vasitəsilə xarici dövlətlərə həyata keçirdikləri telefon danışıqları barədə məlumat bazası, 5) xarici təşkilatların müvafiq təcrübələrinin öyrənilməsi məqsədilə təqdim edilmiş təkliflər üzrə “təkliflər bankı”, həmçinin digər mövcud məlumat sistemləri yenilənmişdir.

 

  • Komitə nümayəndələrinin xarici xidməti ezamiyyətləri

 

Hesabat dövründə Komitənin 31 əməkdaşı tərəfindən 19 xarici dövlətə (Almaniya, Böyük Britaniya, İsrail, Belçika, İsveçrə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, BƏƏ, Niderland, Moldova, Türkiyə, ABŞ, Macarıstan, Tacikistan, Belarus, Avstriya, Serbiya) 25 xidməti ezamiyyət olmuşdur. Ezam olunan əməkdaşlar ezamiyyət zamanı gördükləri işlər barədə hesabatlar hazırlayaraq aidiyyəti üzrə təqdim etmişlər ki, bunların da Komitənin aidiyyəti qurumlarına çatdırılması təmin edilmişdir.

 

  • Komitə üzrə yaradılmış komissiyaların fəaliyyətində iştirak

 

Şöbənin əməkdaşları Komitə sədrinin müvafiq əmrləri ilə yaradılmış bir sıra komissiyaların işində komissiya sədri və komissiya üzvü kimi fəal iştirak edirlər. Hesabat dövründə aşağıdakı tenderlər və kotirovkalar keçirilmiş və qalib şirkətlərlə satınalma müqavilələri imzalanmışdır:

  • Milli Məkan Məlumatlarının İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üzrə tender;
  • Hökumət Evinin 2-ci və 9-cu mərtəbələrinin əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədilə xidmətlərin satın alınması üzrə tender;
  • Komitənin tabeliyindəki müəssisə və obyektlərin 2019-cu ildə mühafizəsinin təmin edilməsi məqsədilə gözətçi və patrul xidmətlərinin satın alınması üzrə tender;
  • Dövlət müəssisələrinin bazasında yaradılacaq səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, həmçinin respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə tender;
  • Nəqliyyat vasitələri, qurğu və avadanlıqların özəlləşdirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə kotirovka;
  • “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına əsasən ağır maşınqayırma sahəsinə aid 7 (yeddi) dövlət müəssisəsi üzrə istehsalın xammal tələbatının yerli xammal hesabına təminatı sahəsində mövcud olan, lakin istifadə edilməyən imkanların yenidən qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi işlərinin satın alınması üzrə kotirovka;

Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərləri üzrə 595 nəqliyyat infrastrukturu obyektinin adını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrinin istehsalı işlərinin satın alınması haqqında 06 avqust 2018-ci il tarixli   SM-16 nömrəli Satınalma Müqaviləsinin müddətinin uzadılması barədə Razılaşmanın  layihəsi hazırlanmışdır.

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 58 ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu S.Vurğun adına Yaradıcılıq Evinin əsaslı təmir, bərpa və yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə tenderin keçirilməsi barədə komitə sədrinin 21 noyabr 2019-cu il tarixli 225 nömrəli əmrinə uyğun olaraq tenderdə iştirakla bağlı iddiaçıların ilkin sənədləri elektron qaydada qəbul edilmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq işlər görülməkdədir.

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki müəssisə və obyektlərin 2020-ci ildə mühafizəsinin təmin edilməsi məqsədilə gözətçi və patrul xidmətlərinin satınalınması üzrə tenderin keçirilməsi barədə komitə sədrinin 21 noyabr 2019-cu il tarixli 226 nömrəli əmrinə uyğun olaraq tenderdə iştirakla bağlı iddiaçıların ilkin sənədləri elektron qaydada qəbul edilmişdir. Hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq işlər görülməkdədir.

 

  • Dövlət Proqramlarının, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi

 

            Komitənin fəaliyyət istiqamətlərini özündə əks etdirən Dövlət Proqramlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin verdiyi əmr və sərəncamların, Tədbirlər Planı, Fəaliyyət Proqramı və tapşırıqların, habelə icra üçün nəzərdə tutulan digər sənədlərin icrası şöbə tərəfindən vaxtında və tam olaraq həyata keçirilir.

“Azərbaycan Respublikasında dövlət əmlakının idarəedilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən görülmüş işlərə dair məlumat hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Bununla yanaşı, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Komitənin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən görülmüş işlərə dair məlumat hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

“Azərbaycan Respublikasında torpaqların dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı” və əlaqəli sənədlərin layihəsinə dair Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən şərh və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

İnnovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin təhlil edilməsi barədə hazırlanmış monitorinq və qiymətləndirmə mexanizmi ilə bağlı Beynəlxalq əməkdaşlıq şöbəsinin 2019-cu ilin birinci yarımilliyi (yanvar-iyun) üzrə görülmüş işlər barədə müvafiq məlumatlar hazırlanaraq təqdim edilmişdir.

 

  1. Layihələrin İdarəedilməsi Qrupunun (LİQ) fəaliyyəti

 

Komitə sədrinin müvafiq əmri ilə yaradılmış Layihələrin İdarəedilməsi Qrupu (LİQ) Komitə üzrə həyata keçirilən layihələr barədə məlumatların dəqiqləşdirilməsi və onların təhlilinin aparılması məqsədi ilə zəruri işlər görmüşdür. Bu baxımdan, LİQ-in Tədbirlər Planı ilə müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilən layihələrlə bağlı hesabatlar, o cümlədən kadastr və İT-yönümlü layihələrlə bağlı məlumatlar toplanaraq təhlil edilmişdir.

LİQ-in Tədbirlər Planı üzrə layihələrin müəyyən olunmuş müddətlərdə keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Komitənin icraçı qurumları tərəfindən təqdim edilmiş illik hesabatlar üzrə Komitənin icraçı qurumlarının rəhbərləri, eləcə də podratçı təşkilatların və nəzarətçi şirkətin səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilərək hər bir layihə ilə bağlı geniş müzakirələr aparılmışdır. LİQ bu hesabatları təhlil etmiş və onların əsasında Analitik Hesabat hazırlamışdır. Analitik Hesabatda kadastr və İT yönümlü, eləcə də digər layihələr üzrə görülmüş işlərin əsas təhlil göstəriciləri və həll edilməli məsələlər öz əksini tapmışdır.

LİQ-in Tədbirlər Planına uyğun olaraq görülmüş işlərin icra vəziyyətini təhlil etmək və qarşıda duran vəzifələri müzakirəsi məqsədilə görüşlər keçirilmişdir.

“Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsinin icra sürətinin və keyfiyyət səviyyəsinin artırılması məqsədilə Komitədə icraçı qurumların iştirakı ilə görüşlər təşkil edilmiş, cari vəziyyət barədə məlumat hazırlanaraq Komitə rəhbərliyinə təqdim edilmişdir.

13.09.2019-cu il tarixində DƏKÜRX-ün inzibati binasında ƏMDK-nın qurumlarının fəaliyyətini təmin edən informasiya sistemlərinin (TEKUİS) işləkliyi ilə yaranmış problemlərə yerində baxışın keçirilməsi, həll edilməsi mümkün və cari vəziyyət üçün həlli mümkün olmayan problemlərin qeydiyyatının aparılması məqsədilə keçirilmiş müşahidə prosesində şöbənin əməkdaşı iştirak etmiş və sözügedən problemlərə dair müvafiq qeydlər aparmışdır.

Torpaq Səthinin Monitorinq Sisteminin (TSMS) yaradılması, quraşdırılması və istismarı layihəsinin icrası ilə bağlı 3 sentyabr tarixində Sədr müavini Rafiq Cəlilovun yanında iclas və podratçı şirkətin rəhbəri ilə 6 və 17 sentyabr tarixlərində videokonfranslar keçirilmişdir.

LİQ-in təşkilatçılığı ilə İTMİM-də Komitədə həyata keçirilən layihələrin icra vəziyyəti və Komitənin fəaliyyət istiqamətləri ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparılmışdır. Belə ki, 5 oktyabr tarixində pay torpaqlarında uyğunsuzluqların aradan qaldırılması; 12 oktyabr tarixində Ağsu rayonunun timsalında uyğunsuzluqlarla bağlı problemli məsələlərin həlli, Torpaq Səthinin Monitorinq Sisteminin yaradılması layihəsinin icra vəziyyəti, TEKUİS-in funksionallığı və Elektron Kadastr Portalının hazırlanması layihəsinin icra vəziyyəti; 19 oktyabr tarixində isə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və Elektron Hökumət İnformasiya Sisteminə İnteqrasiyası ilə bağlı məsləhətçi şirkətin təqdim etdiyi İlkin Hesabatın müzakirəsi həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi üçün Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi işləri üzrə Satınalma Müqaviləsinə dəyişikliklər edilməsinə dair Razılaşma layihəsi hazırlanmışdır.

 

  • Sənəd dövriyyəsi

 

Hesabat dövrü ərzində şöbəyə 188 məktub daxil olmuşdur ki, onların 99-u icra üçün, qalanları isə məlumat və ya nəzərə alınmaq üçün olmuşdur. İcra üçün və bəzi hallarda məlumat xarakterli məktublar da müvafiq qaydada araşdırılmış və onların cavablandırılması vaxtında təmin edilmişdir.

Bununla yanaşı, bir sıra məktublar icra edilərək aidiyyəti qurumlara təqdim edilmişdir.

 

  • Şöbə tərəfindən həyata keçirilmiş tərcümə fəaliyyəti

 

Hesabat dövründə şöbəyə daxil olan sənəd və materialların Azərbaycan, ingilis və rus dillərinə autentik tərcüməsi təmin edilmişdir.