Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən 2020-ci il ərzində görülmüş işlər barədə H E S A B A T
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Beynəlxalq əməkdaşlıq şöbəsi
    tərəfindən 2020-ci il ərzində görülmüş işlər barədə
 
H E S A B A T  

 

Xidmətin Beynəlxalq əməkdaşlıq şöbəsi (bundan sonra – şöbə) tərəfindən 2020-ci il ərzində aşağıdakı işlər görülmüşdür.          

                          

  1. İkitərəfli əməkdaşlıq

 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında daşınmaz əmlakın kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” Türkmənistan Prezidentinin Bakıya rəsmi səfəri çərçivəsində 11.03.2020-ci il tarixində Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 19.05.2020-ci il tarixli müvafiq fərmanları ilə təsdiq edilmişdir. Anlaşma Memorandumlarının icrası ilə əlaqədar təcrübə mübadiləsi məqsədilə aidiyyəti sahələrdə qüvvədə olan qanunvericilik, fəaliyyət istiqamətləri və əsas göstəricilər, əldə olunan nailiyyətlər barədə məlumatlar hazırlanaraq Türkmənistanın dövlət qurumlarına göndərmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Geodeziya, Xəritəçəkmə və Kadastr üzrə Dövlət Xidməti arasında torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalanmaq səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2020-ci il tarixli 2294 nömrəli Sərəncamı ilə Azərbaycan Resublikasının İqtisadiyyat nazirinə verilmişdir. Sözügedən Anlaşma Memorandumunun gələcəkdə baş tutacaq yüksəksəviyyəli səfər çərçivəsində imzalanması nəzərdə tutulur.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Moldova Respublikasının Dövlət Mülkiyyəti Agentliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Memorandum”un Azərbaycan və rus dillərində layihəsi, eləcə də Memorandumun imzalanması və nəticələri barədə Əsaslandırma və məcburi hüquqi ekspertiza rəyi hazırlanmış və bu barədə İqtisadiyyat naziri adından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq məktub göndərilmişdir. Hazırda Memorandumla əlaqədar ölkədaxili prosedurların yekunlaşdırılması istiqamətində tədbirlər görülür. 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Memorandum”un layihəsi qarşı tərəfə çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair Yol Xəritəsi”nin müddəalarının müvafiq bəndlərinin icrasına dair məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Qarşı tərəfdə baxılmaqda olan “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrail Dövlətinin İnşaat və Mənzil Təsərrüfatı Nazirliyi arasında daşınmaz əmlakın dövlət kadastrının aparılması, coğrafi informasiya sistemlərinin yaradılması və idarə edilməsi və sahəvi geodeziya fəaliyyəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə İsrail Dövlətinin Torpaq Qurumu arasında torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihələrinin icra vəziyyətinə dair İqtisadiyyat Nazirliyinə müvafiq məlumatlar təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclas Protokolu və Fəaliyyət Planının müvafiq maddələrinin icrası çərçivəsində Türkiyə Respublikasının Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun təşkilatçılığı ilə müvafiq sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ƏMDX nümayəndələri cari ilin 03-05 mart tarixlərində Ankara şəhərində xidməti ezamiyyətdə olmuşlar. Görüş zamanı Xidmət əməkdaşları ilə Türkiyənin aidiyyəti qurumlarının əməkdaşları arasında daşınmaz əmlakın qeydiyyatı, kadastrı və geodeziya, eləcə də daşınmaz əmlak idarəçiliyinin İT həlləri sahəsində ikitərəfli təcrübə mübadiləsi həyata keçirilmişdir.

İkitərəfli əməkdaşlığın davamı olaraq, 60-62-ci bəndlərinin icrası məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti və TR Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun nümayəndələrinin daxil olduğu birgə texniki İşçi Qrup yaradılmışdır.  Müvafiq məsələlərin müzakirəsi, eləcə də 2021-ci ilin birinci rübündə aidiyyəti sahələr üzrə Azərbaycan tərəfinə göstəriləcək təlim dəstəyinin həyata keçirilməsi məqsədilə İşçi Qrupunun 16 dekabr 2020-ci il tarixində videokonfrans formatında ilk görüşü keçirilmişdir. Hazırda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.

Fəaliyyət Planının 15-ci bəndinin icrası çərçivəsində Türkiyənin müvafiq olaraq Xarici İqtisadi Əlaqələr Təşkilatına (DEİK) məktub hazırlanmış, eləcə də bu məktubun qarşı tərəflərə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktub layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi nəzərdə tutulan 9-cu iclasın gündəliyinə, imzalanacaq protokol layihəsinə və fəaliyyət planına dair təkliflər hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Pakistan İslam Respublikasının Özəlləşdirmə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”nun layihəsi ilə bağlı Pakistan tərəfindən daxil olmuş məktub əsasında “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi hazırlanmış və münasibət bildirilmək üçün işçi qaydada Pakistanın Özəlləşdirmə Nazirliyinə təqdim edilmişdir.

Şöbənin əməkdaşı cari ilin 21 fevral tarixində İtaliya Respublikasının Roma şəhərində keçirilmiş İtaliya – Azərbaycan Biznes Forumunda iştirak etmiş, İtaliya investorları ilə görüşərək, G2B (hökumət-biznes təması) işçi sessiyasında Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində xarici ölkə vətəndaşları və hüquqi şəxslərinin iştirakı imkanları ilə bağlı geniş müzakirələr aparmışdır.

Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıqla əlaqədar müvafiq məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məktubuna cavab layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətinin (Rosreyestr) bəzi aydınlaşdırıcı sualların cavablandırılması ilə bağlı elektron məktubuna Xidmətin aidiyyəti qurumlarının rəyi nəzərə alınmaqla münasibət bildirilmişdir.

2021-ci yapon maliyyə ilində Yaponiyanın JICA Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə texniki əməkdaşlıq çərçivəsində Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan ehtiyaclar çərçivəsində “Torpaqların təyinatına uyğun səmərəli istifadə olunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda ƏMDX əməkdaşları üçün seminarın keçirilməsi təklifinə dair müvafiq formaya uyğun əsaslandırma sənədi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Müvafiq Saziş və Memorandumların icrası istiqamətində ƏMDX ilə Almaniya Federativ Respublikası, Avstriya, Türkmənistan, Bolqarıstan, Koreya, Rusiya, Belarus, Türkmənistan və Özbəkistanın müvafiq qurumları arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, eləcə də daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində qüvvədə olan qanunvericilik, fəaliyyət istiqamətləri və əsas göstəricilər, layihələr, əldə olunan nailiyyətlər barədə məlumatlar işçi qaydada sözügedən qurumlara təqdim edilmişdir.

 

  1. İkitərəfli əməkdaşlıq çərçivəsində sənədlərlə iş

 

Hesabat dövründə ikitərəfli əməkdaşlıqla bağlı şöbəyə daxil olan bir sıra məktubların icrası təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksində əməkdaşlıq Proqramı”, “2020-2022-ci illər üzrə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizm sahəsində əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Rusiya Federasiyası ərazisində işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində işləyən Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” layihəsi, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının qarşılıqlı tanınması haqqında Saziş”in icrası, “Rusiya Federasiyası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Rusiya – Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətinin göstərilməsi qaydaları haqqında Saziş” layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Leninqrad vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş”in həyata keçirilməsi üzrə 2021–2023-cü illər üçün Tədbirlər Planının layihəsinə dair müvafiq təkliflər və məktub layihələri hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Hökuməti ilə bir sıra ölkələrin hökumətləri arasında əməkdaşlığa dair birgə komissiyaların iclas protokollarının icrası, eləcə də yeni protokol layihələri ilə bağlı məktubların icrası təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan, Özbəkistan, Belarus, Rumıniya, Macarıstan, İsrail Dövləti, İsveçrə Konfederasiyası, Litva Respublikası, Avstriya, Estoniya, Koreya, İraq, Serbiya və Misir, ABŞ, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Ukrayna, Moldova, İsrail, Macarıstan, Böyük Britaniya, Rumıniya, Qazaxıstan, Rusiya Federasiyası Hökumətləri arasında birgə komissiyaların iclas protokollarının icrası, eləcə də növbəti iclasların protokol layihələri ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

“Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” layihəsi, “Astaraçay çayı üzərindən Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) avtomobil körpüsünün inşasına dair Anlaşma Memorandumu”nun layihəsi, "İran İslam Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik mülkiyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun layihəsinə dair rəy və təkliflər, habelə özəlləşdirmə məsələlərində qarşılıqlı dəstək üzrə Azərbaycan – Ukrayna İşçi Qrupunun fəaliyyəti çərçivəsində görülmüş işlərlə bağlı məlumat hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

İqtisadiyyat Nazirliyi ilə xarici ölkələrin müvafiq qurumları arasında razılaşdırılmış ikitərəfli sənəd layihələrini imzalamaq səlahiyyətinin alınması, Energetika Nazirliyinin fəaliyyəti ilə əlaqədar “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Saziş”in ilkin layihəsi, “Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi”, habelə Çin Xalq Respublikasının maliyyə dəstəyi çərçivəsində müvafiq dövlət qurumu ilə birgə həyata keçirilməsi nəzərdə tutulan “Meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması layihəsinin həyata keçirilməsi üzrə Müqavilə” sənədi ilə bağlı müvafiq cavab məktubları hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Türkiyədə keçirilməsi nəzərdə tutulan “Roadshow” tədbirində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə bağlı Komitənin fəaliyyət istiqamətləri üzrə Türkiyə ilə əlaqələr çərçivəsində görülmüş işlər, eləcə də müqabil tərəf qarşısında qaldırılması məqsədəuyğun hesab edilən məsələlər və təkliflərlə bağlı məktub layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

            “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının Yeddinci iclas Protokolu”nun aidiyyəti bəndlərinin icra vəziyyəti və görülmüş işlər haqqında məlumatlar, eləcə də növbəti iclasın Protokolu layihəsinə daxil edilməsi üçün təkliflərə dair məktub layihəsi hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.  

Çinin “Shandong Metallurgical Engineering Co. Ltd” şirkəti tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-ni bərpa etmək niyyəti barədə, habelə Azərbaycan Respublikası İqtisadiyyat nazirinin Çin Xalq Respublikasında Çin rəsmiləri ilə keçirilməsi planlaşdırılan ikitərəfli görüşləri ilə əlaqədar iki ölkə arasında aidiyyəti sahələrdə əməkdaşlığın mövcud vəziyyətinə dair məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 27.05.2020-ci il tarixində keçirilmiş turizm sahəsi və dövlət aktivlərinin idarə edilməsi layihələrinin təqdimat mərasimində iştirakı ilə bağlı təqdim edilmiş məlumatla əlaqədar koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərə dair müvafiq məlumat hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Türkmənistanda daşınmaz əmlakın idarə edilməsi və özəlləşdirilməsi, eləcə də Türkmənistanın Ədliyyə Nazirliyi yanında Daşınmaz Əmlak Hüquqlarının və Əlaqəli Əqdlərin Dövlət Qeydiyyatı Xidməti barədə məlumatlar baxılmaq üçün ƏMDX-nin aidiyyəti struktur bölmə və qurumlarına çatdırılmışdır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan, Pakistan İslam Respublikası və İsrail Dövləti arasında iqtisadi və biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində hazırda mövcud olan və gələcəkdə yaradılması təklif olunan potensial institusional mexanizmlər, eləcə də layihə və fəaliyyətlərlə müvafiq cədvəl hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              

  • Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq

 

Beynəlxalq əməkdaşılğın inkişaf etdirilməsi çərçivəsində Beynəlxalq naviqasiya şirkətlərinin rəqəmsallaşdırılmış yol xəritələrində yol verilmiş təhriflərin aradan qaldırılmasına “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC tərəfindən köməklik göstərilməsi, bu xüsusda əvvəlcə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisindəki rayon və yaşayış məntəqələrinin sərhədləri və adları, eləcə də küçə və prospektlərin mərkəzi xətləri və onları adlarının düzəldilməsi işinin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC arasında əməkdaşlığa dair Memorandum” imzalanmışdır.

Dünyada Coğrafi İnformasiya Sistemlərinin (CİS) 50%-dən çoxunun ABŞ-ın “Esri Global, Inc” şirkətinin texniki platformalarında hazırlandığını nəzərə alaraq, Azərbaycanda CİS platformasının beynəlxalq təcrübəyə uyğun genişləndirilməsi, peşəkar xidmət və məsləhətlərin göstərilməsi, təlim və seminarların keçirilməsi üçün tədris mərkəzinin yaradılması və digər istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi məqsədilə 12 oktyabr 2020-ci il tarixində onlayn formatda “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Esri Global, Inc” şirkəti arasında əməkdaşlığa dair Memorandum” imzalanmışdır.

BMT Avropa İqtisadi Komissiyasının (AİK) Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin sədr müavini olan ƏMDX nümayəndəsinin fəaliyyəti çərçivəsində BMT AİK-ə üzv olan 56 dövlətin nümayəndələrinin iştirakı ilə videoformatda seminar keçirilmişdir. Seminarda  üzv dövlətlərin şəhər inkişafı perspektivi baxımından post-pandemiya dövründə daşınmaz əmlak idarəçiliyinə dair həyata keçirilməsi məqsədəuyğun hesab edilən təxirəsalınmaz tədbirlər barədə geniş müzakirələr aparılmışdır. Beynəlxalq seminara şöbənin əməkdaşı sədrlik etmişdir.

Cari ilin 4 iyun tarixində BMT Avropa Iqtisadi Komissiyasının (AİK) Şəhər İnkişafı, Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi Bürosunun videoformatda iclası keçirilmişdir. İclasda yeni növ koronavirus pandemiyasının şəhərlərin təsərrüfatçılığı və inkişafına, habelə daşınmaz əmlak idarəçiliyinə təsiri, yeni növ idarəetmə mexanizmlərinin tətbiqi, eləcə də cari ilin 6–9 oktyabr tarixlərində sözügedən Komitənin 81-ci sessiyasının və şəhər merləri forumunun təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir. İclasa Komitənin sədr müavini olan şöbənin əməkdaşı sədrlik etmişdir. Komitənin təqdim etdiyi sənəd layihələrinə yenidən baxılaraq onların düzəldilməsinə dair təkliflər və şərhlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Şəhər İnkişafı, Mənzil və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 81-ci sessiyasının 2020-ci ilin 6–8 oktyabr tarixlərində keçirilməsi və onun çərçivəsində Merlər Forumunun təşkil edilməsi barədə məlumata, eləcə də Forumda iştirakla bağlı BMT AİK-in İcraçı katibi, BMT Baş katibinin müavini Olqa Alqayerova tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış dəvət məktubuna münasibət bildirilməsi barədə cavab məktubunun layihəsi hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktı üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsi ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi tərəfindən hazırlanmış mövzulara, eləcə də BMT tərəfindən qəbul edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ın 15-ci maddəsi üzrə “Elm və iqtisadi, sosial və mədəni hüquqlar haqqında Ümumi Şərh” layihəsinə dair İqtisadiyyat Nazirliyinə geniş təkliflər zərfi və məktub layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin 17-ci iclasının gündəliyinə uyğun məlumatların təqdim edilməsi ilə bağlı məktub layihəsi hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Şöbənin əməkdaşı 17 fevral tarixində Belçika Krallığının Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin növbəti iclasında iştirak edərək 2019-cu ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarəedilməsi, eləcə də daşınmaz əmlak idarəçiliyi sahəsində görülmüş tədbirlər barədə təqdimatla çıxış etmiş, Aİ tərəfindən dövlət müəssisələrinin özəlləşdirilməsinə texniki yardım layihələrinin həyata keçirilməsi məsələsini qarşı tərəflə müzakirə etmişdir.

Şöbənin əməkdaşı cari ilin 26-27 avqust tarixlərində keçirilmiş geniş videokonfrans formatında BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəedilməsi üzrə Ekspertlər Komitəsinin (UN-GGIM) 10-cu sessiyasında iştirak etmiş və aidiyyəti mövzularda müzakirələr təşkil etmişdir.

MDB-yə üzv dövlətlərdə maddi dövlət ehtiyatlarının idarə edilməsini həyata keçirən dövlət (icra) orqanlarının 2030-cu ilə qədər əməkdaşlıq Konsepsiyası layihəsi, onun həyata keçirilməsi üzrə Tədbirlər Planı və bu məsələ ilə bağlı qərar layihəsi, eləcə də MDB-nin ekspertlər qrupunun yeni redaksiyada təqdim edilmiş “Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə”nin layihəsinə dair təkliflərin təqdim edilməsi ilə bağlı İqtisadiyyat nazirinin müavini adından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məktub layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və tətbiqi ilə əlaqədar qabaqcıl beynəlxalq elmi-praktik təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən islahatların layiqincə işıqlandırılması məqsədilə 2020-ci ilin birinci yarısında Bakı şəhərində “Milli Məkan Məlumatları İnfrastrukturu: rəqəmsal cəmiyyətə doğru” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı zəruri işlər görülmüşdür. Lakin qlobal COVID-19 pandemiyası ilə əlaqədar Konfransın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmış və davam edən işlər müvəqqəti dayandırılmışdır.

 

  1. Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq çərçivəsində sənədlərlə iş

 

Dünya Bankı tərəfindən hazırlanmış “Avropa və Mərkəzi Asiyada dövlət müəssisələrinin korporativ idarə edilməsi İcmalı”, “Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə”nin layihəsi, eləcə də “2021-2025-ci illər üçün BMT – Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”nin layihəsi ilə bağlı İqtisadiyyat Nazirliyinin məktublarına cavab olaraq rəy və təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

12.08.2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan “Avropa İttifaqının İnstitusional Quruculuq Alətləri” mövzusunda onlayn təlimdə iştirakla əlaqədar İqtisadiyyat Nazirliyinin məktubu cavablandırılmışdır.

 “EuroGeographics” təşkilatının ona üzv olan dövlətlərin milli Geoportalına çıxışının təmin edilməsi çərçivəsində məlumatların dəqiqləşdirilməsi üçün ünvanlandığı elektron məktubuna Xidmətin aidiyyəti qurumlarının rəy və təklifləri nəzərə alınmaqla münasibət bildirilmişdir.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) 2020-ci il üzrə Qlobal Təlim Proqramları çərçivəsində onlayn formatda keçirilməsi nəzərdə tutulan təlimlərdə iştirakla bağlı məktub layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Şöbənin əməkdaşı Birləşmiş Millətlər Təşkilatının tanıdığı və əməkdaşlıq etdiyi “Geospatial Media and Communications” qurumu tərəfindən “Geoməkan bilgiləri infrastrukturunun dünya iqtisadiyyatı, cəmiyyəti və ətraf mühiti üçün qabaqcıl rolu” mövzusunda keçirilən vebinarda iştirak etmiş və müzakirələr zamanı aidiyyəti sualları cavablandırmışdır.

İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu layihələr üzrə hesabatlılığın təmin edilməsi əlaqədar, eləcə də Azərbaycanda və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq və digər xarakterli tədbirlər barədə məlumatların təqdim edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin məktublarına cavab layihələri hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi əsasında “Mərkəzi və Qərbi Asiyada gender-inklüziv layihələrin hazırlanması və icrası” texniki yardım klaster sənədi çərçivəsində tətbiq edilə biləcək güzəştlərlə bağlı, eləcə də “MDB-yə üzv dövlətlərdə kiçik və orta sahibkarlığın vəziyyəti haqqında” məlumat-analitik icmalın formatına uyğun olaraq müvafiq məlumatın verilməsinə dair İqtisadiyyat Nazirliyinin məktubuna cavab layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Torpaqların idarəedilməsi və istifadəsi, eləcə də sənaye təhlükəsizliyinin planlaşdırılması sahəsində qabaqcıl təcrübələr üzrə məlumat bankının yaradılması ilə bağlı BMT AİK-dən daxil olmuş sorğu vərəqəsi doldurularaq qarşı tərəfə təqdim edilmişdir.

“MDB-yə üzv dövlətlərdə kiçik və orta sahibkarlığın vəziyyəti haqqında” məlumat-analitik icmalın formatına uyğun olaraq müvafiq məlumatın verilməsinə dair İqtisadiyyat Nazirliyinin məktubuna cavab məktubunun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Bununla yanaşı, “MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016–2020-ci illər) yerinə yetirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq 2019-cu ildə görülmüş işlər barədə məlumatlar, eləcə də “MDB-nin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021-2025-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın layihəsinə dair məktub layihələri hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

“Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) layihəsi, “MDB iştirakçı dövlətlərinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında 9 oktyabr 1992-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında Protokol” layihəsi və MDB Xarici İşlər Nazirləri Şurasının Qərar layihəsi ilə bağlı İqtisadiyyat Nazirliyinin məktubuna cavab layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

''Ağıllı şəhər" üzrə işçi qrupunun tərkibinə nümayəndənin ayrılması barədə İqtisadiyyat nazirinin müavininin adından məktub hazırlanaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilmişdir.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı Daimi Nümayəndəliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanda nəzarət orqanlarının  yoxlayıcı funksiyalarının birləşdirilməsi ilə bağlı təkliflərdən ibarət sənəd layihəsinə münasibət bildirilməsinə dair İqtisadiyyat Nazirliyinin məktubuna cavab layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən 2020-ci il ərzində ölkəmizin maliyyə dəstəyi ilə həyata keçirilmiş beynəlxalq yardımlara dair məlumatlar hazırlanaraq İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

 

  1. Beynəlxalq təcrübənin təşviqi

 

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmaqla Xidmətin struktur bölmələri, Xidmətin strukturuna daxil olan və tabeliyindəki qurumlar tərəfindən həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə iş əsnasında ehtiyac duyulan məsələlərlə bağlı xarici təşkilatların müvafiq təcrübələrinin öyrənilməsi məqsədilə rəhbərliyin Göstəriş layihəsi hazırlanmış və aidiyyəti üzrə ƏMDX-nin struktur bölmələrinə göndərilmişdir. Təqdim edilmiş təkliflər Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən hazırlanmış “Təkliflər bankı”na daxil edilir və mütəmadi olaraq yenilənir.

Bununla əlaqədar, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 06.04.2020-ci il tarixli F-38 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının 17-ci və 18-ci bəndlərində qeyd edilən tapşırıqların icrası ilə əlaqədar şöbə tərəfindən post-pandemiya dövründə: 1) dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqinin yaradılması və fəaliyyəti, eləcə də 2) tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyasının yaradılması və korporasiya tərəfindən həyata keçiriləcək fəaliyyətə dair təkliflərin hazırlanması çərçivəsində aşağıda qeyd edilən təcrübələr müfəssəl araşdırılaraq təhlil edilmiş və bu təcrübələrlə bağlı məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir:

  • Çin Xalq Respublikasının Dövlət Şurası nəzdində Dövlət Əmlakına Nəzarət və İdarəedilməsi Komitəsi haqqında məlumat;

 

  • Çin Dövlət İnşaat Mühəndisliyi Korporasiyası haqqında məlumat;

 

  • Koreya təcrübəsi: dövlət əmlakının idarəedilməsi – Aktivlərin İdarəedilməsi Korporasiyası və Xəzinədarlıq Bürosu haqqında məlumat;

 

  • Post-pandemiya dövründə dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi sahəsində bəzi ölkələrin strategiyasına dair xarici dövlətlərin təcrübələri;

 

  • Daşınmaz əmlakın kadastr uçotu və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üzrə xidmətlərə görə yığım və ödənişlərin tətbiqi;

 

  • Kadastr və reyestr informasiya bazaları arasında inteqrasiyaya dair bir sıra xarici dövlətlərin təcrübələri;

 

  • Daşınmaz əmlakın və torpağın kateqoriyalarına dair Estoniya, Belarus və Rusiya Federasiyasının təcrübələri;

 

  • “Dövlət əmlakı haqqında” Koreya Respublikası Qanununun Azərbaycan dilinə çevrilmiş autentik tam mətni;

 

  • Müharibədən əldə edilmiş qənimətin istifadə edilməsinə dair xarici ölkələrin təcrübələri;

 

  • Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə Avropa ölkələrinin təcrübəsi.

   

            Bununla yanaşı, “Koronavirus (COVID-19) pandemiyası dövründən sonrakı dövrü əhatə edən dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi sahəsində bəzi Avropa ölkələrinin strategiyası” və “Bir sıra ölkələrdə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestrinin həyata keçirilməsi xidmətləri, müddətləri və şərtləri”nə dair təcrübələr araşdırılaraq təhlil edilmiş və bu təcrübələrlə bağlı məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir.

 

  1. Təlim və tədbirlərdə iştirak

 

Şöbənin əməkdaşı 16-17 yanvar 2020-ci il tarixlərində “Marriott Absheron Hoteli”ndə keçirilmiş “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi” ilə bağlı (UNSDCF) Strateji Prioritetləşdirmə seminarında iştirak etmişdir.

Şöbənin əməkdaşı “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin yekunlarına dair 21.01.2020-ci il tarixində “Marriott Absheron Hoteli”ndə keçirlimiş konfransda iştirak etmişdir.

Şöbənin əməkdaşı cari ilin 17 fevral tarixində Belçika Krallığının Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin növbəti iclasında, 21 fevral tarixində isə İtaliya Respublikasının Roma şəhərində keçirilmiş İtaliya-Azərbaycan Biznes Forumunda iştirak etmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının protokoluna əlavə kimi qəbul edilmiş Fəaliyyət Planının müvafiq maddələrinin icrası çərçivəsində Türkiyə Respublikasının Daşınmaz Əmlakın Qeydiyyatı və Kadastrı Baş Direktorluğunun təşkilatçılığı ilə müvafiq sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün Xidmətin nümayəndələri cari ilin 03-05 mart tarixlərində Ankara şəhərində görüşlərdə iştirak etmişdilər.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərinin və Albaniyadan gələn GIZ mütəxəssislərinin torpaq sahəsinin özəlləşdirilməsində gender bərabərliyini təmin etmək edilməsi ilə bağlı 17 fevral tarixində “Winter Park” hotelində təşkil edilmiş seminarda Xidmət əməkdaşının iştirakı təmin edilmişdir.

Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Daşınmaz əmlakın kadastrı” mövzusunda cari ilin 29 mart – 04 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan təlim kursunda Xidmət əməkdaşının iştirakı ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Lakin təlim kursu qlobal COVID-19 pandemiyası ilə əlaqədar təxirə salındığından işlərin icrası müvəqqəti dayandırılmışdır.

8 iyul 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının əməkdaşlıq etdiyi “Geospatial Media and Communications” qurumu “Geoməkan bilgiləri infrastrukturunun dünya iqtisadiyyatı, cəmiyyəti və ətraf mühiti üçün qabaqcıl rolu” mövzusunda vebinar təşkil etmişdir. Vebinarda ƏMDX əməkdaşlarının iştirakı təmin edilmişdir.

Şöbənin əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan üzrə Texniki Yardım layihəsi” çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarının Avropa İttifaqının prosedurları, layihələrin idarə olunması və digər müvafiq sahələrdə bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə təlim modulları çərçivəsində 12.08.2020-ci il tarixində keçirilmiş “Avropa İttifaqının institusional quruculuq alətləri” mövzusunda onlayn təlimdə iştirak etmişlər.

Şöbə tərəfindən Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) texniki dəstəyi çərçivəsində “ULTRA Technologies” podratçı şirkəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti üçün Müqavilələrin İdarəedilməsi Sisteminin (MİS) qurulması çərçivəsində ƏMDX əməkdaşları üçün təlimin həyata keçirilməsi ilə əlaqədar əlaqələndirmə işləri həyata keçirilmiş və şöbə əməkdaşının 24-26 avqust tarixlərində keçirilmiş təlimlərdə iştirakı təmin edilmişdir. Hazırda sistemin istismarı istiqamətində yekun işlər aparılır.

Şöbənin əməkdaşı cari ilin 26-27 avqust və 4 sentyabr  tarixlərində keçirilmiş geniş videokonfrans formatında BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəedilməsi üzrə Ekspertlər Komitəsinin (UN-GGIM) 10-cu sessiyasında, həmçinin 2020-ci ilin 10-11 sentyabr tarixlərində MDB İcraiyyə Komitəsinin ekspertlər qrupunun hibrid-videokonfrans formatında keçirilmiş iclasında iştirak etmişdir.

Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şuranın 2020-ci ilin 1–2 oktyabr tarixlərində videokonfrans formatında keçiriləcək XLII sessiyasında iştirakla bağlı Qırğız Respublikasının Torpaq Ehtiyatları üzrə Dövlət Agentliynin məktubuna cavab layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

2020-ci ilin 03–06 noyabr tarixlərində Sinqapur Hökuməti tərəfindən onlayn formatda təşkil olunacaq “Beynəlxalq sərmayənin idarə olunması – hüquqi çərçivə” təlim kursu, eləcə də  09-12 noyabr tarixlərində “İdarəçilikdə yeniliklər” mövzusunda keçiriləcək onlayn təlim kursunda iştirakı nəzərdə tutulan namizədlər barədə məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

ƏMDX-nin əməkdaşı 2020-ci il 19 noyabr tarixində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Əməkdaşlıq Komitəsinin onlayn formatda keçirilmiş 17-ci iclasında iştirak edərək aidiyyəti sualların cavablandırılmasını təmin etmişdir.

 

  • “Doing Business 2020” icmalı üzrə işlər

 

“Əmlakın qeydiyyatı” indikatoru üzrə ölkənin beynəlxalq təşkilatların hesabatları üzrə reytinqinin yüksəldilməsi sahəsində zəruri işlər görülmüşdür. Belə ki, “Doing Business 2020” reytinqinə əsasən bu indikator üzrə geriləmənin səbəbləri təhlil edilmiş və müvafiq təkliflər hazırlanaraq ƏMDX rəhbərliyinə təqdim edilmişdir. Eyni zamanda, “Doing Business 2021” hesabatı ilə bağlı Dünya Bankı tərəfindən təqdim edilən sorğu və suallar cari reallığı əks etdirməklə cavablandırılaraq qarşı tərəfə təqdim olunmuşdur.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 2021-ci il üzrə fəaliyyət planının ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

 

  • Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşması

 

Milli Məkan Məlumatlarının İnformasiya Sisteminin formalaşdırılması və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı açıq tender əsasında cəlb edilmiş məsləhətçi şirkət hazırda müqavilə öhdəliklərinin yerinə yetirilməsini həyata keçirir.

Bununla əlaqədar, Layihənin icra vəziyyətinə dair podratçı şirkət tərəfindən 3-cü tapşırığın 2-ci mərhələsi üzrə təqdim edilən məhsullara, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” layihəsinə və görülmüş işlərə dair hesabata ƏMDX-nin aidiyyəti qurumları tərəfindən münasibət bildirilmişdir.

“Ofek Aerial Photography (1987) Ltd.” MMC-nin əməkdaşları ilə ƏMDX-nin müvafiq qurumları və struktur bölmələri arasında videokonfrans formatında görüşlərin keçirilməsi təmin edilmişdir. Görüşlərin məqsədi layihələrinin idarəedilməsi işlərinin aparılması ilə bağlı tədbirlərin görülməsi üçün zəruri məsələlərin müzakirəsi olmuşdur. Müzakirələr zamanı qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması üçün tələb olunan meyar və tələblər, eləcə də koordinasiyalı iş mexanizmlərinin tətbiqi barədə müvafiq qərarlar qəbul edilmişdir.

Eyni zamanda, MMMİ layihəsi ilə əlaqədar podratçı tərəfindən təqdim edilmiş “Peşəkar işçi qrupları haqqında Təlimat” və digər sənədlərin autentikliyinin təmin edilməsi barədə “Ofek Aerial Photography (1987) Ltd.” MMC-yə məktub göndərilmişdir.

MMMİ layihəsi çərçivəsində yaradılmış PİQ rəhbərləri ilə Aparat rəhbərinin müavini, eləcə də şöbə müdirinin (LİQ rəhbərinin) iştirakı ilə 15 avqust tarixində görüş keçirilmişdir. Hazırda PİQ-lər tərəfindən işlərin vaxtında və səmərəli icrası məqsədilə zəruri işlər həyata keçirilir.

Bu xüsusda, 29-30 yanvar tarixlərində məsləhətçi şirkətin nümayəndələri ilə görüşlər keçirilmiş və layihənin 3.1-ci hissəsinə dair təqdim edilmiş Hesabata dair Komissiya və peşəkar işçi qruplarına təklif edilən nümayəndələrin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılmışdır.

Bununla yanaşı, məsləhətçi şirkət tərəfindən hesabat dövrü ərzində görülmüş işlərə dair təqdim edilmiş aylıq hesabatlar və müvafiq sənədlər təhlil olunaraq onların təhlili ilə əlaqədar sözügedən sənədlərə rəy və təkliflərin bildirilməsi üçün ƏMDX-nin aidiyyəti qurumlarına göndərilmişdir.

Qeyd edilənlərlə yanaşı, təqdim edilmiş sənədlərin müzakirəsi çərçivəsində və “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi Qaydası”nın təsdiq edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı layihələrinə dair təkliflər verilmiş, yaranmış vəziyyətlə əlaqədar podratçı şirkətin əməkdaşları ilə Xidmətin müvafiq qurumları və struktur bölmələri arasında əyani və videokonfrans formatında görüşlərin keçirilməsi təmin edilmişdir.

Əmlak Məsələləri Dövlət Xidməti BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu (WPLA), Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəedilməsi Komitəsinin Avropa filialının (UN-GGIM Europe) birgə təşkilatçılığı ilə 2020-ci ilin 2-4 aprel tarixlərində Bakı şəhərində təşkili nəzərdə tutulmuş “Milli Məkan Məlumatları İnfrastrukturu: rəqəmsal cəmiyyətə doğru” mövzusunda beynəlxalq konfransın veb-səhifəsinin formalaşdırılması və təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmiş, qeydiyyatdan keçmiş xarici vətəndaşlara birdəfəlik giriş vizasının verilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktublar göndərilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, qlobal COVID-19 pandemiyası ilə əlaqədar Konfransın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmışdır.

 

  1. Şöbədaxili elektron bazalar

 

Hesabat dövründə şöbə daxilində fəaliyyət göstərən: 1) özəlləşdirmə prosesinə cəlb edilmək iqtidarında olan beynəlxalq təcrübəli nüfuzlu xarici məsləhətçi qurumlar barədə məlumat bazası; 2) Xidmətin tərəfdaş olduğu beynəlxalq Saziş və Memorandumlarının məlumat bazası; 3) Saziş və Memorandum layihələrinin icra vəziyyəti barədə məlumat bazası; 4) Xidmət əməkdaşlarının xarici ölkələrə xidməti səfərləri üzrə məlumat bazası; 4) Xidmət əməkdaşlarının iş telefonları vasitəsilə xarici dövlətlərə həyata keçirdikləri telefon danışıqları barədə məlumat bazası, 5) xarici təşkilatların müvafiq təcrübələrinin öyrənilməsi məqsədilə təqdim edilmiş təkliflər üzrə “Təkliflər bankı”; 6) Hökumətlərarası birgə komissiyaların iclas protokollarının bazası, həmçinin digər mövcud məlumat sistemləri yenilənmişdir.

 

  1. ƏMDX nümayəndələrinin xarici xidməti ezamiyyətləri

 

Hesabat dövründə Xidmətin 9 əməkdaşı tərəfindən 5 xarici dövlətə (Rusiya, Belçika, İtaliya, Niderland, Türkiyə) 5 xidməti ezamiyyət olmuşdur. Ezam olunan əməkdaşlar ezamiyyət zamanı gördükləri işlər barədə hesabatlar hazırlayaraq aidiyyəti üzrə təqdim etmişlər.

 

  1. ƏMDX üzrə yaradılmış komissiyaların fəaliyyətində iştirak

 

Şöbənin əməkdaşları Xidmət üzrə müvafiq əmrlərlə yaradılmış bir sıra komissiyaların işində komissiya sədri və komissiya üzvü kimi fəal iştirak edirlər. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki müəssisə və obyektlərin 2020-ci ildə mühafizəsinin təmin edilməsi məqsədilə gözətçi və patrul xidmətlərinin satın alınması üzrə Tender Komissiyasının yaradılması haqqında Xidmət üzrə 21.11.2019-ci il tarixli 226 nömrəli əmrə uyğun olaraq elektron tender proseduru keçirilmiş, onun nəticələri haqqında məktub və yekun protokolun nüsxəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə  göndərilmişdir. Bununla yanaşı, tenderin qalibi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma müqaviləsinin imzalanması təmin edilmişdir.

Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə satınalma komissiyasının yaradılması barədə 08.05.2020-ci il tarixli 34 nömrəli əmrə uyğun olaraq dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, Bakı şəhərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin, habelə respublikanın müxtəlif rayon və şəhərlərində yerləşən özəlləşdirilməsi və ya icarəyə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi prosesinə məsləhətçilərin (qiymətləndiricilərin) cəlb edilməsi üzrə tenderin Əsas Şərtlər Toplusu hazırlanmış və tender komissiyasının iclasları keçirilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq məlumatlar dövlət satınalmalarının vahid internet Portalında (https://e-tender.gov.az) yerləşdirilmiş və “Respublika” qəzetində dərc etdirilmişdir. Tenderin qalibi ilə satınalma müqaviləsi imzalanmış və şöbə tərəfindən müvafiq sənədlərin təhvil-təslimi həyata keçirilmişdir.

Bununla yanaşı, sözgedən açıq tenderdə iştirakla bağlı “Abak-Az Crovve Ltd” MMC-dən daxil olan şikayət məktubuna cavab məktubu hazırlanaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir.

Əmlak Məsələləri Dövlət Xidməti üçün Torpaq Səthinin Monitorinq Sisteminin (TSMS) hazırlanması, quraşdırılması və istismara verilməsi işləri üzrə Sloveniyanın “Sinergise, laboratory for geographic information systems Ltd” ilə Rumıniyanın “Land Support Systems SRL” şirkətIərindən ibarət konsorsiumla imzalanmış 08.02.2018-ci il tarixli SM-08 nömrəli Satınalma Müqaviləsi və 07.04.2019-cu il tarixli R-029 nömrəli Razılaşma üzrə nəzərdə tutulmuş işlər İcraçı tərəfindən tam yerinə yetirilərək Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmişdir. Bununla əlaqədar, şirkət tərəfindən təqdim edilmiş yekun sənədlərin təhvil-təslimi həyata keçirilmişdir.

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Məmmədov küçəsi, 58 ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu S.Vurğun adına Yaradıcılıq Evinin sökülüb yenidən tikilməsi üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə Tender Komissiyasının yaradılması haqqında Komitə sədrinin 21.11.2019-ci il tarixli 225 nömrəli əmrinə uyğun olaraq elektron tender proseduru keçirilmiş, onun nəticələri haqqında məktub və yekun protokolunun nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Bununla yanaşı, tenderin qalibi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq satınalma müqaviləsinin imzalanması təmin edilmişdir.

 02–04 aprel 2020-ci il tarixlərində Bakı şəhərində “Milli Məkan Məlumatları İnfrastrukturu: rəqəmsal cəmiyyətə doğru” mövzusunda beynəlxalq konfransın təşkili ilə bağlı müvafiq mal, iş və xidmətlərin satın alınması üzrə Tender Komissiyasının yaradılması haqqında keçmiş 12.02.2020-ci il tarixli 14 nömrəli əmrə uyğun olaraq Tender Komissiyası tərəfindən dövlət satınalmalarının vahid internet portalında və “Azərbaycan” qəzetində 3 lotdan ibarət açıq tender barədə elan dərc edilmişdir. Lakin qlobal COVID-19 pandemiyası ilə əlaqədar qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla tenderin davamından imtina edilmiş və bu barədə “Azərbaycan” qəzetində və dövlət satınalmalarının vahid internet portalında müvafiq məlumat dərc edilmişdir.

 

  • Dövlət Proqramlarının, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi

 

            Xidmətin fəaliyyət istiqamətlərini özündə əks etdirən Dövlət Proqramlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Əmlak Məsələləri Dövlət Xidməti üzrə verilmiş əmr və sərəncamların, Tədbirlər Planı, Fəaliyyət Proqramı və tapşırıqların, habelə icra üçün nəzərdə tutulan digər sənədlərin icrası şöbə tərəfindən vaxtında, tam, səmərəli və şəffaf olaraq həyata keçirilir.

Pandemiyadan sonrakı dövrü üçün dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası haqqında Xidmət üzrə 25.04.2020-ci il tarixli 10 nömrəli Göstərişlə nəzərdə tutulmuş tapşırığın icrası çərçivəsində Beynəlxalq əməkdaşlıq şöbəsi “Azərbaycan Respublikasında dövlət mülkiyyətli (paylı) müəssisələrin və dövlət əmlakının 2020–2022-ci illər üçün Özəlləşdirilməsi Proqramı”nın layihəsinin hazırlanmasında iştirak edib ona dair rəy və təkliflərini bildirərək əlavə və dəyişikliklər nəzərə alınmış layihəni aidiyyəti üzrə təqdim etmişdir. Eyni zamanda, şöbə müdiri sözügedən layihə ilə bağlı keçirilmiş müzakirələrdə iştirak etmişdir.

Bununla yanaşı, Beynəlxalq əməkdaşlıq şöbəsi Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi layihəsi çərçivəsində nəzərdə tutulmuş işlərin icra vəziyyətinin müzakirəsi ilə əlaqədar keçirilən görüşlərdə iştirak etmişdir.

Şöbənin əməkdaşı 19.03.2020-ci il tarixli 26 nömrəli əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədilə görülməli olan işlər barədə Tədbirlər Planı” üzrə görüləcək işlərin müzakirəsi məqsədilə İqtisadiyyat Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə iştirak etmiş və şöbə üzrə görülən işlərə dair sualları cavablandırmışdır.

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinə dair Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və ona edilmiş dəyişikliklərin layihəsinə dair Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən rəy və təkliflər hazırlanaraq rəhbərliyə təqdim edilmişdir.

İqtisadiyyat Nazirliyi tərəfindən ƏMDX üçün hazırlanmış “Brandbook”a (Təlimata) dair Beynəlxalq əməkdaşlıq şöbəsinin şərh, rəy və təklifləri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. “Brandbook”da şöbənin təklifləri nəzərə alınmışdır.

 

  • Layihələrin İdarəedilməsi Qrupunun (LİQ) fəaliyyəti

 

Layihələrin İdarəedilməsi Qrupu (LİQ) Xidmət üzrə həyata keçirilən layihələr barədə məlumatların dəqiqləşdirilməsi və onların təhlilinin aparılması məqsədilə hesabat dövründə zəruri işlər görmüşdür. Bu baxımdan, LİQ-in Tədbirlər Planı ilə müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, 2020-ci il ərzində həyata keçirilən layihələrlə bağlı hesabatlar, o cümlədən kadastr və İT-yönümlü layihələrlə bağlı məlumatlar toplanaraq təhlil edilmiş və aylıq Analitik Hesabatlar hazırlanmışdır. Analitik Hesabatın müzakirəsi məqsədilə ƏMDX-nin aidiyyəti səlahiyyətli nümayəndələrinin iştirakı ilə videoformatda iclas keçirilmiş və layihələrlə bağlı qarşıya çıxan çətinliklər, eləcə də qarşıda duran vəzifələrin icrası barədə müzakirələr aparılmışdır.

“Torpaq Səthinin Monitorinq Sisteminin istifadəsi və təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”, “Torpaqların elektron kadastr uçotu məlumatlarından torpaq ehtiyatlarının idarəedilməsinin dövlət tənzimlənməsi və torpaq üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı sahələrində istifadəsinin təşkilinə dair Tədbirlər Planı” və “Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinə yeni qaydalarla kütləvi ünvanvermə işlərinin yekunlaşdırılması, toplanmış ünvan məlumatlarının Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) daxil edilməsi və sistemin funksionallığının təkmilləşdirilməsi haqqında Tədbirlər Planı”na uyğun tədbirlərin icrasına nəzarət həyata keçirilir.

LİQ-in Tədbirlər Planı üzrə layihələrin müəyyən olunmuş müddətlərdə keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Xidmətin icraçı qurumları tərəfindən təqdim edilmiş cari hesabatlar üzrə Xidmətin icraçı qurumlarının rəhbərləri, eləcə də podratçı təşkilatların və nəzarətçi şirkətin səlahiyyətli nümayəndələri ilə əyani və videoformatda görüşlər keçirilərək hər bir layihə ilə bağlı geniş müzakirələr aparılmışdır.

Cari ilin 09 iyun tarixində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) inzibati binasında ƏMDX tərəfindən həyata keçirilən layihələrlə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri və ƏMDX rəhbərliyinin iştirakı ilə görüşün keçirilməsi təmin edilmişdir.

ƏMDX-nin həyata keçirdiyi kadastr yönümlü və İT əsaslı layihələrin cari icra vəziyyətini müzakirə etmək, eləcə də son videokonfranslardan sonra sözügedən sahələrdə görülmüş işləri araşdırmaq və bu xüsusda gələcək hədəfləri müəyyən etmək məqsədilə 02 və 16 iyul tarixlərində Xidmətin rəis müavininin, eləcə də Aparat rəhbəri müavininin iştirakı ilə videokonfrans formatında iclaslar keçirilmişdir. İclaslarda müvafiq məsələlərlə yanaşı, DƏQKİS-in İTMİM tərəfindən hazırlanmış yeni Kadastr modulunun (NeCAS) qurumlarımız tərəfindən tətbiqi məsələləri müzakirə edilmişdir.

Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması üzrə işlərin Müqavilə əsasında icra vəziyyətini, eləcə də bu xüsusda hazırlanmış sənəd layihələrini (Yekun təhvil-qəbul Aktı və texniki təminat üzrə Razılaşma) müzakirə etmək məqsədilə 20 iyul və 23 sentyabr tarixlərində Xidmətin rəis müavini cənab Mətin Eynullayevin yanında Ünvan Reyestri üzrə işlərin həyata keçirilməsi və Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) istifadəsi və təkmilləşdirilməsi ilə bağlı müşavirə təşkil edilmişdir.

Bununla yanaşı, “Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması, quraşdırılması və istismara verilməsi” layihəsi üzrə ƏMDX və Sloveniyanın “Sinergise, laboratory for geographic information systems Ltd” ilə Rumıniyanın “Land Support Systems SRL” şirkətIərindən ibarət konsorsiumu arasında 08.02.2018-ci il tarixində imzalanmış SM-02 nömrəli Satınalma Müqaviləsi və 07.04.2019-cu il tarixli R-029 nömrəli Razılaşma ilə nəzərdə tutulmuş işlər bitmiş və “Amazon” bulud infrastrukturunda qurulmuş Sistem tam olaraq Xidmətə təhvil verilmişdir. Yerinə yetirilmiş işlərin təhvil-qəbulu haqqında Aktın, eləcə də sözügedən Müqavilənin 14-cü maddəsinin tələblərinə uyğun olaraq Müqavilənin icrası başa çatdığı gündən 12 təqvim ayını əhatə edən texniki təminatla əlaqədar tərəflər arasında imzalanacaq ayrıca Razılaşma layihəsi hazırlanmış və münasibət bildirilməsi məqsədilə aidiyyəti qurumlara göndərilmişdir.

Müqavilələrin İdarəedilməsi Sisteminin hazırlanması layihəsinin icrası ilə bağlı “Ultra” şirkətinin aidiyyəti mütəxəssisləri ilə cari məsələləri müzakirə etmək məqsədilə 20 iyul tarixində videokonfrans formatında görüşlər keçirilmişdir. Görüşlərdə Sistemin ƏMDX-nin İT platformasında yerləşdirilməsi məsələləri müzakirə edilmişdir.

DƏKÜRX tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında torpaqların elektron idarə edilməsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Fərman layihəsi münasibət bildirmək üçün Xidmətin müvafiq struktur bölmə və qurumlarına göndərilmişdir.

Elektron Kadastr Portalının hazırlanması və istismara verilməsi layihəsi çərçivəsində həyata keçirilən işlərin cari icra vəziyyətini müzakirə etmək üçün Xidmətin rəis müavininin iştirakı ilə 10 avqust tarixində “TrueConf” proqramı vasitəsilə LİQ-in videokonfrans formatında iclası təşkil edilmiş və keçirilmişdir.

Bununla yanaşı, ƏMDX-nin həyata keçirdiyi kadastr yönümlü və İT əsaslı layihələrin cari icra vəziyyətini müzakirə etmək, eləcə də son videokonfransdan (16 iyul) sonra sözügedən sahələrdə görülmüş işləri araşdırmaq və bu xüsusda gələcək hədəfləri müəyyən etmək məqsədilə 05 avqust tarixində Aparat rəhbəri müavininin iştirakı ilə videokonfrans formatında iclas təşkil edilmiş və keçirilmişdir.

Daşınmaz əmlaka nəzərən hüquqmüəyyənedici sənədlərdəki məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması, habelə NeCAS-ın TEKUİS-lə əlaqəli (yaradılması ehtimal edilən vahid sistem daxil olmaqla) istifadəsi reqlamentinin müəyyən edilməsinə dair təkliflərin müzakirəsi məqsədilə 05 avqust tarixində Xidmətin rəis müavininin iştirakı ilə, 07 və 25 avqust tarixlərində isə Xidmətin rəisi vəzifəsini icra edən cənab Mətin Eynullayevin yanında görüşlər təşkil edilmiş və keçirilmişdir.

Torpaq Səthinin Monitorinq Sisteminin hazırlanması üzrə Müqavilənin texniki təminat müddətində görüləcək işləri müzakirə etmək məqsədilə Xidmətin rəis müavininin iştirakı ilə 10 avqust tarixində görüş təşkil edilmiş və keçirilmişdir.

 “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07.03.2016-cı il tarixli 818 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmış layihələrin ərazidə hüquqlarına toxunulan mülkiyyətçilər, istifadəçilər və icarədarlarla razılaşdırılmasına dair Metodiki Tövsiyələr”in layihəsi münasibət bildirilməsi üçün ƏMDX-nin müvafiq qurumlarına göndərilmiş, təqdim olunmuş rəy və təkliflər nəzərə alınaraq, sənədin yekun variantı hazırlanmış və müvafiq əmrlə təsdiq edilmişdir.

 

  • Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində əmlak idarəçiliyi

 

Bu Hesabatın IV hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisindəki rayon və yaşayış məntəqələrinin sərhədləri və adları, eləcə də küçə və prospektlərin mərkəzi xətləri və onların adlarının düzəldilməsi işinin həyata keçirilməsi məqsədilə “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC ilə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Məqsəd “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC (bundan sonra – MMC) tərəfindən Azərbaycan Respublikasına dair xəritə məlumatlarının “Here Global B.V.”, “Apple”, “Yandex”, “TomTom” kimi beynəlxalq saytlardakı xəritə materiallarında və naviqasiya sistemində (3D xəritələrdə) düzgün yerləşdirilməsinə köməklik göstərməkdən ibarətdir.

Bununla belə, MMC-nin sorğusuna əsasən, ƏMDX tərəfindən təqdim edilən məlumatlar işğal edilmiş kənd və qəsəbələrin adları ilə yanaşı, həmçinin onlara aid küçələrin adlarının da MMC-yə təqdim edilməsini zəruri edir. Kənd və qəsəbələrdəki küçə adları daxili bazamızda mövcud olmadığından ƏMDX-nin aidiyyəti qurumları tərəfindən kənd və qəsəbədaxili küçələrə şərti adların verilməsi və onların MMC-yə təqdim edilməsi xüsusi önəm kəsb edir və bu xüsusda təklif edilir. Bununla əlaqədar sözügedən sahədə səmərəli qərarların qəbul edilməsi üçün ƏMDX-nin aidiyyəti qurumlarının iştirakı ilə müzakirələrin keçirilməsi ciddi təklif olunur. 

Kadastr uçotuna alınması məqsədilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılması və qiymətləndirilməsi ƏMDX tərəfindən bu günədək həyata keçirilməmişdir. Halbuki bu, ƏMDX-nin vəzifəsi kimi onun Əsasnaməsinin 3.0.21-ci hissəsi ilə müəyyən edilmişdir. Qeyd edək ki, Dünya Bankının kredit dəstəyi ilə həyata keçirilmiş Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi çərçivəsində yalnız Sumqayıt şəhəri üzə müvafiq işlər aparılmışdır.

Bununla əlaqədar, işğaldan azad edilmiş və yaxın zamanlarda azad edilməsi mütləq təmin ediləcək ərazilər də daxil olmaqla beynəlxalq səviyyəli peşəkar məsləhətçi şirkətinin cəlb edilməsi yolu ilə Azərbaycan Respublikasının bütün ərazisində kütləvi inventarlaşdırma və kütləvi qiymətləndirmə layihəsinin formalaşdırılması və həyata keçirilməsi təklif olunur.

Bu xüsusda, ƏMDX-nin aidiyyəti qurumları tərəfindən Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən təqdim edilən beynəlxalq təcrübə nəzərə alınmaqla konstruktiv təkliflərin təqdim olunması, layihənin konsepsiyasının və texniki tapşırığının hazırlanması və ehtimal olunan dəyərinin müəyyən edilməsi zəruri hesab edilir.  

Ermənistan-Azərbaycan münaqişəsi zamanı dəymiş ziyan barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin, həmçinin xarici ölkələrin və beynəlxalq təşkilatların ətraflı məlumatlandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinin məktubuna cavab məktubun layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim eidlmişdir.