Səhmdar cəmiyyətinin adı

Özəlləşdirməyə qədər müəssisənin tabeçiliyi və adı

Hüquqi ünvanı

Nizamnamə kapitalının həcmi

(manat)

 

 

Buraxılmış səhmlərin ümumi sayı

(ədəd)

Güzəştli satışa çıxarılmış səhmlərin sayı (ədəd)

Bir səhmin nominal qiyməti (manat)

 

1

Bakı Ayaqqabı fabriki

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan “ASK Ayaqqabı Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti

Bakı şəhəri,         Binəqədi rayonu, Binəqədi şosesi, 471

7851794,00

3925897

588885

2,00

 

 

Qeyd:

Siyahıda adı göstərilən səhmdar cəmiyyətin özəlləşdirmə komissiyası əmək kollektivinə güzəştli satışın başlandığını elan edir.

Aşağıdakı şəxslər səhmləri güzəştlə almaq hüququna malikdirlər:

  • əsas iş yeri həmin müəssisə sayılan işçilər;

  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər;

  • özəlləşdirilən müəssisədə 7 (yeddi) ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər;

  • 1 yanvar 1995-ci il tarixindən sonra işçilərin say tərkibinin ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz statusu almış şəxslər.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən 21 oktyabr – 14 noyabr 2022-ci il tarixinə kimi qəbul edilir.

Sifarişlərin verilməsi və güzəştli satışın keçirilməsi haqqında məlumatları səhmdar cəmiyyətin yerləşdiyi ünvandan almaq olar.

Güzəştli satışda iştirak etmək istəyən əmək kollektivi üzvlərindən və onlara bərabər tutulan şəxslərdən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.

Güzəştli satışın yekunlarını təsdiq etmək üçün 14 noyabr 2022-ci il tarixdə müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək. Güzəştli satışın yekun sənədləri Hərracların Təşkili Mərkəzinə təqdim edilməlidir.

Hər hansı səbəbdən müəyyən edilmiş müddətdə güzəştli satış baş tutmadıqda, həmin səhmlər qanunvericiliyə uyğun olaraq istifadə olunur.

Güzəştli satışda yeganə ödəniş vasitəsi Azərbaycan manatıdır.