GƏNCƏ XALÇA KOMBİNATI” MMC-dəki DÖVLƏTƏ MƏXSUS PAYIN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN
E L A N I

“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə Xalça Kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyətindəki (bundan sonra “cəmiyyət”) dövlətə məxsus 12 956 500 (on iki milyon yüz əlli altı min beş yüz) manat dəyərində payın (əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissə əlavə olunmaqla) satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşu ilə bağlı ən əlverişli təklif təqdim etmiş və öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

  1. Cəmiyyət haqqında məlumat

(01 avqust 2022-ci il tarixinə)

Hüquqi ünvanı:

Gəncə şəhəri, Atatürk prospekti, 135

Əsas fəaliyyət növü:

xalça və xalça məmulatlarının istehsalı və satışı

Nizamnamə kapitalı:

14 260 000 (on dörd milyon iki yüz altmış min) manat

Əhatə etdiyi sahə və tikililərin 

xarakteristikası:

Özəlləşdirmə planında qeyd olunmuşdur

Cəmiyyətdəki payların sayı:

Bir payın dəyəri:

Cəmiyyətin digər müəssisələrdə

iştirak payı:

142 600 (yüz qırx iki min altı yüz) ədəd

100 (yüz) manat

yoxdur

Qeyri-maddi aktivlər:

yoxdur

Cəmiyyətinin ekoloji vəziyyəti:

qənaətbəxş

İşçilərin sayı:

30 nəfər

Cəmiyyətin öhdəlikləri:

447 543 (dörd yüz qırx yeddi min beş yüz qırx üç) manat

o cümlədən,

- dövlət büdcəsinə olan borclar

228 095 (iki yüz iyirmi səkkiz min doxsan beş) manat

- əmək haqqı və ona bərabər

tutulan borclar

46 160 (qırx altı min yüz altmış) manat

Mal, iş və xidmətlərə görə borclar

173 288 (yüz yetmiş üç min iki yüz səksən səkkiz) manat

Debitor borcları:

152 866 (yüz əlli iki min səkkiz yüz altmış altı) manat

  1. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1. Cəmiyyətin fəaliyyətinin bərpası və genişləndirilməsi, ölkədə xalçaçılığın inkişaf etdirilməsi və rəqabət qabiliyyətli ixracyönümlü məhsul istehsalının təmin edilməsi məqsədilə aşağıdakı məsələləri özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 15 000 000 (on beş milyon) manatdan az olmayan məbləğdə İnvestisiya Proqramının təqdim edilməsi:

  • mövcud bina və tikililərin müasir standartlara uyğun yenidənqurulması və ya yeni istehsal (xidmət) korpuslarının inşasına dair təkliflər;
  • yeni avadanlıq və texnologiyaların alınması və tətbiqinə dair təkliflər;
  • istehsal olunacaq məhsulun çeşidinin genişləndirilməsinə dair təkliflər;
  • müəssisənin ərazisində digər istehsal (xidmət) sahələrinin yaradılmasına dair təkliflər;
  • cəmiyyətin infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər;
  • 100-dən az olmayan sayda iş yerlərinin yaradılmasına (bərpasına) dair təkliflər;
  • alqı-satqı müqaviləsi imzalandığı tarixdən sonrakı 30 (otuz) gün müddətində təklif olunmuş investisiya həcminin müəyyən hissəsinin (5%-ə qədər) pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına ödənilməsinə dair təklif.

2.2. Cəmiyyətdəki dövlətə məxsus payın alınmasına görə dövlət büdcəsinə 7 000 000 (yeddi milyon) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair təklifin verilməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatına konvertasiya olunmalıdır).

  1. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 3 000 000 (üç milyon) manat məbləğində vəsaitin beh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödəyəcəyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

  • təsis sənədlərinin (təsis müqaviləsi, nizamnamə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və s.) notarial qaydada təsdiq olunmuş surəti;
  • iddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
  • hüquqi şəxsin fəaliyyətini və icra etdiyi layihələri əks etdirən məlumat (hüquqi şəxs yeni yaradıldıqda, bu məlumat onun təsisçilərinin icra etdiyi layihələr üzrə təqdim oluna bilər);
  • Azərbaycan Respublikasının ərazisindəki fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);
  • behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.).

3.4. İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

  • şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşın pasportunun) müvafiq qaydada təsdiq edilmiş surəti;
  • iddiaçının vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti;
  • iddiaçının özü və həyata keçirdiyi sahibkarlıq fəaliyyəti haqqında məlumat;
  • Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
  • behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.)

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinin həcminə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidir. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində cəmiyyətdəki dövlətə məxsus payın alqı-satqına dair müqavilənin imzalanmasını;

4.1.2. Cəmiyyətin dövlətə məxsus payının alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini; 

- müqavilədə razılaşdırılacaq şərtlərlə cəmiyyətin kreditor borclarının ödənilməsinin təmin edilməsini (restrukturizasiya və qanunvericilikdə müəyyən edilmiş güzəşt mexanizmləri nəzərə alınmaqla);

- 60 (altmış) təqvim günü müddətində cəmiyyətin əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 8 260 (səkkiz min iki yüz altmış) manat məbləğində xidmət haqqının vəsaitin (ƏDV daxil olmaqla) ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədərinin cəmiyyətin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 100-dən az olmayaraq, iş yerlərinin yaradılmasını (bərpasını); 

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşlarının İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həyata keçirilməsini.

4.2. İddiaçılar cəmiyyətin fəaliyyəti və müvafiq özəlləşdirmə sənədləri toplusu ilə tanış olmaq, habelə investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 14 sentyabr 2022-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Xidməti, otaq 810. Əlaqə telefonları: 490 24 08 (əlavə 208 və 191), elektron ünvan: office@emlak.gov.az.

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 15 sentyabr 2022-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır. 

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 16 sentyabr 2022-ci il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.