1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirməyə açıq olan bir sıra dövlət müəssisə və obyektlərinin (bundan sonra -“müəssisələr”) özəlləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçi xidmətlərinin cəlb edilməsi üzrə açıq müsabiqə (bundan sonra – “müsabiqə”) elan edir.

  2. Cəlb olunacaq məsləhətçi tərəfindən aşağıdakı işlər görülməlidir:

2.1. müəssisələrin maliyyə-iqtisadi və SWOT təhlilinin aparılması, satılan müəssisələrin (payların, hissələrin) beynəlxalq norma və standartlara uyğun qiymətləndirilməsi (investisiya dəyərinin müəyyən olunması) və biznesin potensial inkişaf perspektivləri əsasında onların restrukturizasiyası və satış üsulları barədə tövsiyələrin verilməsi;

2.2. Müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsi üçün tövsiyə olunacaq müxtəlif ssenarilər üzrə investisiyaların minimal həcminin müəyyən edilməsi;

2.3. Hərraclar vasitəsilə satış halları istisna olmaqla, potensial investorlara təqdim olunmaq üçün hər bir müəssisə üzrə məlumat memorandumunun (ölkə haqqında, qanunvericilik və s. barədə məlumatlar daxil edilməklə) hazırlanması;

2.4. Müəssisələrin özəlləşdirilməsinə yerli və xarici investorların cəlb edilməsi üçün, xarici investorlar da daxil olmaqla potensial investorların geniş siyahısının (“long list”) tərtib edilməsi;

2.5. Müəssisələrin satışı üzrə keçiriləcək investisiya müsabiqələrində iddiaçılar qarşısında qoyulacaq şərtlərlə bağlı (dövlət büdcəsinə ödəniş, investisiyaların minimal həcmi, təyinat profilinin saxlanılması və ya dəyişdirilməsi, yaradılmalı iş yerlərinin sayı və s.) tövsiyələrin verilməsi;

2.6. İnvestisiya müsabiqəsinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi və qalibin seçilməsində müsabiqə komissiyalarının işinə köməklik göstərilməsi (zəruri hallarda);

2.7. İnvestisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsinin hazırlanması və onun müzakirəsi zamanı müsabiqə qalibi ilə danışıqlarda satıcının mövqeyinin dəstəklənməsi (zəruri hallarda);

2.8. Əmak Məsələləri Dövlət Xidmətinin tələbi ilə və qarşılıqlı razılaşma əsasında digər işlərin görülməsi.

  1. Müsabiqədə iri müəssisələrin beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsi və özəlləşdirilməsi sahəsində uğurlu təcrübəyə malik olan yerli və xarici məsləhətçi şirkətlər, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsiumlar) iştirak edə bilərlər.
  2. Müsabiqə qalibinin xidmətlərinin haqqının ödənilməsi “müvəffəqiyyətə görə ödəniş” prinisipi əsasında (“success fee”) həyata keçiriləcək və müəssisələrin özəlləşdirilməsi başa çatdıqdan və onların alıcıları ilə alqı-satqı müqavilələri imzalandıqdan sonra müvafiq alıcılar tərəfindən təmin olunacaqdır.
  3. Müsabiqədə iştirak haqqı 500 (beş yüz) manat müəyyən edilmişdir. Müsabiqənin Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar müvafiq məbləği Əmlak Məsələləri Dövlət Xidmətinin aşağıda göstərilən bank hesabına köçürdükdən sonra Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq №810, tel.: +99412 4902408, əlavə 208; faks: +99412 4903359) ünvanına müraciət etməlidirlər:
VÖEN: 2000015631
H/h- AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu - 7
Büdcə təsnifatının kodu - 142330
Dövlət Xəzinədarlığı Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. bik: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

  1. Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Əsas Şərtlər Toplusunu almaq üçün ərizə;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi.

  1. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlərin siyahısı, onların tərtib olunmasına dair tələblər və təqdim olunma qaydası Əsas Şərtlər Toplusunda göstərilir.
  1. Müsabiqə predmeti üzrə işlərin icra müddəti gələcək müsabiqə qalibi ilə imzalanacaq satınalma müqaviləsində razılaşdırılacaqdır.
  1. İddiaçılar öz təkliflərini Əsas Şərtlər Toplularında göstərilən müddəalara uyğun olaraq hazırlamalı, müsabiqədə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla) “22” avqust 2022-ci il, saat 17:00-dək, maliyyə təklifini və təklifin bank təminatını isə möhürlənmiş qapalı zərflərdə “23” avqust 2022-ci il, saat 17:00-dək Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanına (otaq №810) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

  1. Zərflərin açılması ilə bağlı müsabiqə komissiyasının iclası “24” avqust 2022-ci il, saat 15:00-da Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 ünvanında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında (otaq 310) keçiriləcəkdir.
  1. Müsabiqə ilə bağlı daha ətraflı məlumat almaq üçün iddiaçılar yuxarıda göstərilən ünvana müraciət edə bilərlər. Əlaqə telefonları: (+99412) 490-24-08 (əlavə 191 və 208), faks: (+99412) 490-33-59.

Müsabiqə Komissiyası