Əmlak Xidmətləri Məkanında 14.04.2022-ci il tarixində keçirilən hərracda özəlləşdirilməsi texniki nasazlıq (onlayn qoşulma) səbəbindən baş tutmayan bəzi nəqliyyat vasitələri üzrə hərrac yenidən keçiriləcək. Həmin nəqliyyat vasitələri üzrə hərracın keçirilmə tarixi barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) əvvəlcədən yerləşdiriləcək.