“SUMQAYIT TİKİNTİ XİDMƏT” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN

SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN

E L A N I

“Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 99,91 (doxsan doqquz tam yüzdə doxsan bir) faizinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

  1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 dekabr 2021-ci il tarixinə)

Hüquqi ünvanı: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: Tikinti və təmir-tikinti işləri

Nizamnamə kapitalı: 259 824 (iki yüz əlli doqquz min səkkiz yüz iyirmi dörd) manat

Buraxılmış səhmlərin sayı: 129 912 (bir yüz iyirmi doqquz min doqquz yüz on iki) ədəd

Buraxılmış səhmlərin növü: sənədsiz adlı

Bir səhmin nominal dəyəri: 2 (iki) manat

İnvestisiya müsabiqəsində satışa

çıxarılan səhmlərin sayı: 129 799 (bir yüz iyirmi doqquz min yeddi yüz doxsan doqquz) ədəd

İnvestisiya müsabiqəsində satışa çıxarılan

səhmlərin ümumi nominal dəyəri: 259 598 (iki yüz əlli doqquz min beş yüz doxsan səkkiz) manat

Özəlləşdirilən tikili və torpaq sahəsinin

xarakteristikası: səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

Səhmdar cəmiyyətinin digər

müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

İstismara verildiyi il: 1959

Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş

İşçilərin sayı: 3 nəfər

Səhmdar cəmiyyətinin öhdəlikləri cəmi: 79 021 (yetmiş doqquz min iyirmi bir) manat

o cümlədən,

- dövlət büdcəsinə olan borclar 61 106 (altmış bir min bir yüz altı) manat

- sair borclar 17 915 (on yeddi min doqquz yüz on beş) manat

Debitor borcları: yoxdur.

  1. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
  • Müəssisənin fəaliyyətinin bərpası və/və ya digər xidmət (istehsal, emal) sahəsinin yaradılması üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 1 200 000 (bir milyon iki yüz min) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:
    • fəaliyyət növündən asılı olaraq mövcud tikili və qurğuların bərpasına və ya zəruri tikililərin inşasına dair təkliflər;
    • göstərilən xidmətlərin çeşidinin artırılmasına və ya istehsal olunacaq məhsulun növünə dair təkliflər;
    • fəaliyyət növündən asılı olaraq yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;
    • infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər;
    • yeni iş yerlərinin yaradılmasına dair təkliflər (30-dan az olmayaraq);
    • səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 (otuz) təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
  • Səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 800 000 (səkkiz yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).
  1. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 400 000 (dörd yüz min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.);

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat və VÖEN;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.);

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin dövlət büdcəsinə olan borclarının ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 2 124 (iki min yüz iyirmi dörd) manat məbləğində vəsaitin ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 30-dan az olmayaraq, yeni iş yerinin yaradılmasını;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar səhmdar cəmiyyəti ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı (Emissiya prospekti) daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 10 yanvar 2022-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Xidməti, otaq 810. Əlaqə telefonları: 490 24 08 (əlavə 191), elektron ünvan: office@emlak.gov.az.

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 11 yanvar 2022-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 12 yanvar 2022-ci il, saat 1100-dan başlayaraq həyata keçiriləcəkdir.