“AZƏRTÜTÜN” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN ELANI
“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliiyətli Cəmiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2021-ci il tarixli 2580 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “cəmiyyət”) səhmlərinin 85 (səksən beş) faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
- Səhmdar cəmiyyəti haqqında məlumat
Hüquqi ünvanı: |
Zaqatala rayonu, Yuxarı Tala kəndi |
|
|
Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: |
yaş tütünün tədarükü, qurudulması və quru tütünün emalı |
|
|
Nizamnamə kapitalı: |
20 331 134 (iyirmi milyon üç yüz otuz bir min yüz otuz dörd) manat |
|
|
Buraxılmış səhmlərin sayı: |
10 165 567 (on milyon yüz altmış beş min beş yüz altmış yeddi) ədəd |
|
|
Buraxılmış səhmlərin növü: |
adi, sənədsiz adlı |
|
|
Bir səhmin nominal dəyəri: |
2 (iki) manat |
|
|
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı: |
8 640 732 (səkkiz milyon altı yüz qırx min yeddi yüz otuz iki) ədəd və güzəştli satışdan qalacaq hissə |
|
|
İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominalı: |
17 281 464 (on yeddi milyon iki yüz səksən bir min dörd yüz altmış dörd) manat və güzəştli satışdan qalacaq hissə |
|
|
Əhatə etdiyi sahə və tikililərin xarakteristikası: |
səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (emissiya prospektində) göstərilmişdir |
|
|
Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı: |
yoxdur |
|
|
Qeyri-maddi aktivlər: |
yoxdur |
|
|
Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti: |
qənaətbəxş |
|
|
İşçilərin sayı: |
109 nəfər |
|
|
Səhmdar cəmiyyətinin öhdəlikləri: |
1 644 616 (bir milyon altı yüz qırx dörd min altı yüz on altı) manat |
o cümlədən, |
|
|
|
- dövlət büdcəsinə |
yoxdur |
|
|
- DSMF-yə |
33 830 (otuz üç min səkkiz yüz otuz) manat |
|
|
- əmək haqqı və ona bərabər tutulan borclar üzrə |
93 910 (doxsan üç min doqquz yüz on) manat |
|
|
- mal, iş və xidmətlərə görə borclar |
201 017 (iki yüz bir min on yeddi) manat |
|
|
- bank krediti |
900 000 (doqquz yüz min) manat |
|
|
- sair borclar |
415 859 (dörd yüz on beş min səkkiz yüz əlli doqquz) manat |
|
|
Debitor borcları: |
63 360 (altmış üç min üç yüz altmış) manat |
- İddiaçılar qarşısında qoyulan şərt və tələblər
- mövcud köhnəlmiş, lakin istifadəyə yararlı avadanlıq, texnika, maşın və mexanizmlərin təmiri və bərpası;
- əlavə avadanlıq, texnologiya, maşın və mexanizmlərin səhmdar cəmiyyətinin istehsal sahələrində quraşdırılması;
- istehsal olunan məhsulun çeşidinin artırılması, tütünün fermentləşdirilməsi, tütün yarpağından stripsin alınması;
- dünyada tanınan məşhur tütün növlərinin yetişdirilməsi, bu sahədə fermerlərlə əməkdaşlığın genişləndirilməsi və tütünün xammal bazasının artırılması;
- tütünün tədarük qiymətlərinin tədricən xarici bazarlarda təşəkkül tapmış qiymətlərə uyğunlaşdırılması;
- tütün sortlarının və hazır məhsulun keyfiyyətinin yoxlanılması məqsədilə laboratoriya avadalıqlarının yeniləşdirilməsi, anbar şəbəkəsinin və saxlama kameralarının təmiri;
- səhmdar cəmiyyətinin infrastruktur təminatının təkmilləşdirilməsi və onun yenidənqurulması;
- yeni iş yerlərinin yaradılması (sahənin mövsümi xarakeri nəzərə almaqla);
- alqı-satqı müqaviləsi imzalandığı tarixdən sonrakı 30 (otuz) gün müddətində təklif olunmuş investisiya həcminin müəyyən hissəsinin (5%-ə qədər) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına ödənilməsi.
- Səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 6 300 000 (altı milyon üç yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).
- İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
- Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər