Ölkə ərazisində yerləşən qeyri-yaşayış sahələrinin (obyektlərin) müsabiqə vasitəsilə icarəyə verilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qurban bayramı ilə əlaqədar “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” Qərarını əsas götürərək ölkə ərazisində yerləşən qeyri-yaşayış sahələrinin (obyektlərin) müsabiqə vasitəsilə icarəyə verilməsi haqqında elanda “Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası” aşağıdakı kimi oxunsun.
- Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası
Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək, müsabiqəyə çıxarılan obyektlə tanış olmaq, sifariş(ərizə) və təkliflərinin verilməsi üçün 15.07.2021-ci il tarixinədək iş günləri saat 900-dan 1800-dək aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 173 ünvanında yerləşən obyekt üzrə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 50, Əmlak Məsələləri Dövlət Xidmətinin binası, tel.: 490-24-08 (əlavə-146).
Bu ünvanda müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 22.07.2021-ci il tarixində, saat 0900-dan başlayacaqdır.
Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi 6, Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi şöbəsinin yerləşdiyi bina, tel.: 490-24-08 (əlavə-146), (2420) 5 45 56, (2421) 5-26-44.
Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Oğuz şəhəri, Heydər Əliyev küçəsi,124 ünvanında yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 23.07.2021-ci il tarixində, saat 1000-da başlayacaqdır.
Şəki şəhəri, Heydər Əliyev prospekti 9A, Əmlak Məsələləri Dövlət Xidmətinin Ərazi şöbəsinin yerləşdiyi bina, tel.: 490-24-08 (əlavə-146), (2424)4-26-10, (2425)5-4383.
Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 144 ünvanında yerləşən obyekt üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 23.07.2021-ci il tarixində, saat 1500-da başlayacaqdır.