“BAKI NEFTQAZMƏDƏN AVADANLIQLARI ZAVODU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN
SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN
E L A N I

“Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 97,7 (doxsan yeddi tam onda yeddi) faizinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

  1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 iyun 2021-ci il tarixinə)

Hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsi, 37F

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: neft-mədən avadanlığı və onların ehtiyat hissələrinin istehsalı

Nizamnamə kapitalı: 3 000 000 (üç milyon) manat

Buraxılmış səhmlərin sayı: 1 500 000 (bir milyon beş yüz min) ədəd

Buraxılmış səhmlərin növü: sənədsiz adlı

Bir səhmin nominal dəyəri: 2 (iki) manat

İnvestisiya müsabiqəsində satışa

çıxarılan səhmlərin sayı: 1 465 388 (bir milyon dörd yüz altmış beş min üç yüz səksən səkkiz) ədəd

İnvestisiya müsabiqəsində satışa

çıxarılan səhmlərin ümumi nominal dəyəri: 2 930 776 (iki milyon doqquz yüz otuz min yeddi yüz yetmiş altı) manat

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərində

yerləşən tikililərin xarakteristikası: səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) göstərilmişdir

Səhmdar cəmiyyətinin digər

müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

İstismara verildiyi il: 1967

Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş

İşçilərin sayı: 34 nəfər

Səhmdar cəmiyyətinin öhdəlikləri cəmi: 823 436 (səkkiz yüz iyirmi üç min dörd yüz otuz altı) manat

o cümlədən,

- əmək haqqı və ona bərabər tutulan 7 898 (yeddi min səkkiz yüz doxsan səkkiz) manat

borclar:

- dövlət büdcəsinə olan borclar: 297 689 (iki yüz doxsan yeddi min altı yüz səksən doqquz) manat

- DSMF-yə olan borclar: 256 976 (iki yüz əlli altı min doqquz yüz yetmiş altı) manat

- mal, iş və xidmətlərə görə dövlət

müəssisələrinə olan borclar: 228 024 (iki yüz iyirmi səkkiz min iyirmi dörd) manat

- sair borclar: 32 849 (otuz iki min səkkiz yüz qırx doqquz) manat

Debitor borcları: 62 971 (altmiş iki min doqquz yüz yetmiş bir) manat

  1. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
  • Müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddətləri göstərilməklə ümumi həcmi 2 500 000 (iki milyon beş yüz min) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:
    • mövcud bina və tikililərin təmiri və ya yeni tikililərin inşasına dair təkliflər;
    • yeni istehsal sahələrinin yaradılmasına dair təkliflər;
    • yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;
    • infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər;
    • yeni iş yerlərinin yaradılmasına dair təkliflər (50-dən az olmayaraq);
    • səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 30 (otuz) təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5 (beş) %-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
  • Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi 1 000 000 (bir milyon) manatdan və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq ABŞ dolları ilə ekvivalentindən az olmamaq şərti ilə).
  1. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 200 000 (iki yüz min) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

- müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

- behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.);

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

- iddiaçı haqqında məlumat;

- sahibkarlıq fəaliyyəti haqqında məlumat və VÖEN;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- behin ödənilməsini təsdiq edən sənəd və ya bank qarantiyası (zaminlik müqaviləsi və s.);

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;

4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:

- 60 (altmış) təqvim günü müddətində əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;

- müqavilədə razılaşdırılacaq müddətdə səhmdar cəmiyyətinin dövlət büdcəsinə və DSMF-yə olan borclarının ödənilməsini (restrukturizasiya daxil olmaqla);

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 8 260 (səkkiz min iki yüz altmış) manat məbləğində vəsaitin ödənilməsini;

- 30 (otuz) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 50-dən az olmayaraq, yeni iş yerinin yaradılmasını;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar səhmdar cəmiyyəti ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı (Emissiya prospekti) daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 26 iyul 2021-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Xidməti, otaq 810. Əlaqə telefonları: 490 24 08 (əlavə 191 və 208), elektron ünvan: office@emlak.gov.az.

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 26 iyul 2021-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 28 iyul 2021-ci il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.