Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin təqdim edilməsi qaydası

Daşınmaz əmlakın qeydiyyat vərəqəsi müəssisə tərəfindən təlimata uyğun doldurulduqdan sonra  müəssisənin əmlakının yerləşdiyi rayon üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin yerli Ərazi şöbələrinə müraciət edilməlidir. Yerli Ərazi şöbəsində hesabatdakı məlumatlar Registrdə olan məlumatlarla müqayisə edildikdən, təlimata uyğun doldurulmağı yoxlandıqdan sonra təsdiq edilir.

Təsdiq edilmiş qeydiyyat vərəqəsi Xidmətin Dövlət əmlakının idarə edilməsinin təşkili şöbəsinə təqdim edilməlidir.

Telefon: (012) 490 -24-08 (daxili nömrələr  251, 319, 268, 327)