Könüllülük fəaliyyəti haqqında ümumi məlumat
Əmlak Məsələləri Dövlət Xidmətində gənclərin, tələbə və məzunların bilik və bacarıqlarının inkişafı, vətəndaş məmnunluğunun artırılması, vətəndaşlar arasında könüllülüyün təbliği məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq könüllü fəaliyyət həyata keçirilir.
“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.