İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə əməkdaşlar arasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şahmat turniri keçirilib.
 
Yarışda 1-ci yerə Sənan Şəmmədov, 2-ci yerə Kamal Ağayev, 3-cü yerə İsmayıl Muradov layiq görülüblər.
 
Turnirdə qaliblər sertifikat və hədiyyələrlə təltif olunublar.