İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 noyabr tarixində keçirilən hərracda 28 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan əmlaklara 49 sifariş olub. Start qiyməti 12.400 manat olan “Mercedes Benz S350” markalı avtomobil 16.384 manata satılıb.
 
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
 
Dövlət əmlakı üzrə növbəti hərraclar 2, 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.