Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova avqustun 1-də Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Zaqatala rayonu, Car küçəsi, 1) Şəki şəhərindən, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012)-5108430 (daxili:72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 12 saylı Şəki Ərazi İdarəsinə (telefon: 050 5191323, elektron poçt ünvanı: dedkr.12sayli@emlak.gov.az) və 18 saylı Zaqatala Ərazi İdarəsinə (telefon: 055-306-61-07, elektron poçt ünvanı: dedkr.18sayli@emlak.gov.az) 31 iyul saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.