İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 8-i və 15-də hərraclar keçiriləcək. Hərraclara 82 nəqliyyat vasitəsi çıxarılıb.
 
İyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir. Alıcılar start qiyməti 2.000 manatla 14.500 manat arasında dəyişən avtomobillərə sahib ola bilərlər. 
 
İyulun 15-də keçiriləcək hərraca 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, ilkin satış qiyməti 1.500 manatla 294.150 manat (lot üzrə qiymət) arasında dəyişir.
 
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.
 
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.