İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 11 noyabr hərracında Balakəndə yerləşən “Təpəçöl” gil yatağının 1,6 hektar sahəsi, Goranboyda “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi, Daşkəsəndə “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsi istifadəyə verilib.

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3A8xEvd )