Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında Qərar № 34
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün
icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında
Qərar № 34
Bakı şəhəri, 5 mart 1999-cu il
«Icarə haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 yanvar tarixli 66 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.RASI-ZADƏ.
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 5 mart tarixli
34 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün
icarə haqqının minimum məbləği
manatla
№ |
Qeyri-yaşayış sahəsinin təyinatı |
1 m2 sahənin illik icarə haqqı tarifi |
|||
Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə |
Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə |
||||
1-ci və yuxarı mərtəbə |
zirzəmi, yarımzirzəmi, çardaq |
1-ci və yuxarı mərtəbə |
zirzəmi, yarımzirzəmi, çardaq |
||
1 |
2 |
3 |
4 |
5 |
6 |
Büdcə vəsaiti hesabına maliyyələşdirilən müəssisələrin, incəsənət və mədəniyyət obyektlərinin, yaradıcılıq emalatxanalarının, sənətkarların icarəsindəki sahələr* |
6000 |
4000 |
3000 |
2000 |
|
Ictimai və siyasi təşkilatlar, dini və xeyriyyə təşkilatları, əmtəə birjaları, təhsil, səhiyyə, idman və istehsal təyinatlı sahələr |
10000 |
7000 |
5000 |
3500 |
|
Poçt xidməti və kütləvi informasiya fəaliyyəti məqsədilə icarəyə götürülən sahələr |
19000 |
13000 |
10000 |
7000 |
|
Kitab mağazalarının icarəsindəki sahələr |
6000 |
4000 |
3000 |
2000 |
|
Kommersiya, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icarəsindəki sahələr və 1—4-cü bəndlər üzrə əgər sahədən təyinatı üzrə istifadə edilməzsə |
19000 |
13000 |
10000 |
7000 |
|
Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin icarəyə götürdüyü sahələr |
150000 |
100000 |
45000 |
30000 |
|
Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin qeyri-istehsal məqsədilə icarəyə götürdüyü sahələr |
30000 |
20000 |
15000 |
10000 |
|
Nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin və xarici fiziki şəxslərin istehsal məqsədilə icarəyə götürdüyü sahələr |
20000 |
14000 |
10000 |
5000 |
Icarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Zə), sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alan memarlıq əmsalı (Mə) tətbiq edilir:
Zə — zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə»də verilmiş zonalar üzrə aşağıdakı kimi qəbul edilir:
Bakı şəhəri
Zona nömrəsi |
Zona əmsalı |
1,2 |
3,5 |
3 |
3,3 |
4 |
2,8 |
5 |
2,0 |
6 |
2,3 |
7 |
1,8 |
8 |
1,2 |
9 |
1,8 |
10, 11 |
1,2 |
12 |
şəhərdaxili — 1,7 |
şəhərkənarı qəsəbələr — 1,2 |
Sumqayıt və Gəncə şəhərləri
Zona nömrəsi |
Zona əmsalı |
1 |
2,0 |
2 |
1,8 |
3 |
1,6 |
4, 5, 6 |
1,5 |
Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki şəhərləri
Zona nömrəsi |
Zona əmsalı |
1 |
1,5 |
2, 3 |
1,3 |
4 |
1,2 |
Naftalan, Şamaxı, Qazax, Şəmkir, Səlyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri
Zona nömrəsi |
Zona əmsalı |
1 |
1,3 |
2, 3 |
1,2 |
Digər rayonlar
Zona nömrəsi |
Zona əmsalı |
1 |
1,2 |
2 |
1,0 |
İcarəyəverən Bakı şəhərində qeyri-istehsal sahələrinin metro, vağzal və mərkəzi meydanlar yaxınlığında yerləşməsindən asılı olaraq alıcılıq axınının intensivliyini nəzərə almaqla zona əmsalını 0,3 əlavə etməklə yüksəldə bilər.
Tarix və mədəniyyət abidələrinə aid binalarda yerləşən yerüstü sahələr üzrə 1 m2 sahənin illik icarə haqqı əlavə olaraq 1,2 əmsalına (memarlıq əmsalı) vurulur.
Beləliklə, 1 m2sahə üzrə icarə haqqının minimum məbləği aşağıdakı düsturla hesablanır:
Im = Tm x Zə x Mə
Im — icarə haqqının minimum məbləği, Tm — müəyyən edilmiş icarə haqqı tarifidir.
Icarə haqqı tarifi cədvəlindəki 1, 2, 3, 6, 7 və 8-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir.
Memarlıq əmsalı 1,2 qəbul olunur və yerüstü sahələrə tətbiq edilir.
Sahəsi 500 m2-dən çox olan, ancaq anbar kimi istifadə olunan sahə üzrə icarə haqqı hesablanarkən 500 m2-dən artıq sahənin icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.
Talvar sahələri və metal konstruksiyadan quraşdırılmış sahələr üzrə icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.
Icarəçi icarə sahəsini təyinatına görə istifadə etmədikdə icarə haqqı sahənin təyinatına görə müəyyən olunur.
Bu qərarla müəyyən edilmiş icarə haqqının minimum məbləğində əlavə dəyər vergisi nəzərə alınmamışdır.
Müəyyən edilsin ki, «Azərbaycan Respublikasında dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 19 avqust tarixli Fərmanına uyğun olaraq icarə haqqının müvafiq hissəsi icarəçi tərəfindən bilavasitə icarəyə verilən daşınmaz əmlakı balansında saxlayan müəssisəyə ödənilir.
* Sənətkarlara və yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən icarəçilərə bu qrup üzrə icarə haqqı Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və yaradıcılıq ittifaqları tərəfindən verilmiş müvafiq sənəd əsasında müəyyən edilir.
** Büdcədən maliyyələşən təşkilatların inzibati binasında yerləşən və onların işçilərinə xidmət edən bu bölmə üzrə fəaliyyət göstərən icarəyə verilmiş sahənin icarə haqqı icarədar tərəfindən 25 faiz azaldılır.