Xorvatiya Respublikasının Dövlət Geodeziya İdarəsinin nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində xorvatiyalı mütəxəssislər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarına kadastr, geodeziya, torpaqların idarəedilməsi və milli məkan məlumatları üzrə təlimlər keçiblər.

Təlimlərdə Xorvatiyada tətbiq olunan “Məkan Planlaşdırması İnformasiya Sistemi” (ISPU), “Kənd təsərrüfatı torpaq sahələrinin identifikasiyası və qeydiyyatı üzrə milli sistem” (ARKOD), “Torpaq Qeydiyyatı və Kadastrın Birgə İnformasiya Sistemi”, o cümlədən kadastr məlumatlarının idarə olunması və geodeziya işlərinin növləri barədə məlumatlar verilib.

Qeyd edək ki, Xidmət tərəfindən fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, əməkdaşların bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər davam etdiriləcək.