Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Ucarda vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 6-da Ucar Gənclər Mərkəzində (Ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti) Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 16 saylı Ucar Ərazi İdarəsinə (telefon: 0516291488 və ya elektron poçt ünvanı: dedkr.16sayli@emlak.gov.az) fevralın 5-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.